Məktəbəqədər hazırlıqla bağlı yeniliklər
1. 100 dəfə baxılıb
Məktəbəqədər hazırlığın yaxın gələcəkdə icbari olması gözlənilir.
Bununla bağlı təhsilin inkişafına dair dövlət strategiyasında konkret müddəalar var. Məktəbəqədər hazırlıqla bağlı yeniliklər gözlənilir.
“Sələf Xəbər” Xəzərxəbər.com-a istinadən məlumat veriri ki, yeniliklər təhsilin inkişafına dair dövlət strategiyasında öz əksini tapan məktəbəqədər təhsilin icbariliyinin praktikası ilə bağlıdır.
Məktəbə qədər hazırlığa 5 yaşından sonra getmək lazımdır. Təhsil strategiyasında 2018-ci ilə qədər birillik icbari məktəbə qədər hazırlıq təhsilinin təmin olunması üzrə icra mexanizminin hazırlanması haqqında tələblər var. Bu məqsədlə ölkə üzrə 89 məktəbdə uşaqların məktəbə qədər hazırlığı aparılıb.
Hal-hazırda uşaqların sayının bağçaların sayından dəfələrlə artıq olması onların bu hazırlığı bağçada keçməsi demək olar ki, mümkün deyil. Ona görə də gələcəkdə bu hazırlıq icbari olandan sonra artıq bu proses ümumtəhsil məktəblərində təşkil ediləcək.
Ən maraqlı məqamlardan biri uşaqların bu hazırlıq prosesinə cəlb edilməsi ilə bağlıdır. Ona görə ki uşaqların heç də hamısı bağçaya getmir. Bağçaya getməyən uşaqlar bu prosesdən kənarda qalır. Amma məktəbə qədər hazırlıq icbari olandan sonra bu problem öz həllini tapacaq.
Sələf Xəbər: Uca Allah buyurur: “Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin (müqayisəsiz) səxavətə malikdir. O, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi”. (Qurani-Kərim, “Ələq” surəsi, 1-5-ci ayələr)