Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Məktəbli uşaqlar üçün faydalı qidalar

Avqust 20
16:17 2014

“Sələf Xəbər” medicalobserverph.com saytına istinadən yeni təhsil ili ərəfəsində valideynlərə uşaqlarının təhsil göstəricilərinin yüksəldilməsi üçün lazımlı olan mikroelementlərin siyahısını təqdim edir.

Məktəb həyatının çətinliklərinin öhdəsindən gəlmək üçün, məktəbli uşaqlar beyin bəsləyici qidalar yeməlidir. Çünki məktəb – güclü hafizə, diqqət və qavrama qabiliyyəti tələb edir. Bütün bunların öhdəsindən gələ bilməyən uşaq, öz bacarıqlarını tam nümayiş etdirə bilmir. Qısacası, əqli keyfiyyətlərini nümayiş etdirə bilməmək, uşaqların gündəlik qəbul etdiyi qidalardan çox asılıdır.

Akademik müvəffəqiyyət, beyin metabolizminin, təhsilin intellektual, idraki və məntiqi funksiyalarını sürətləndirən məhsuludur. Bəzi makroelementlər və xüsusi mikroelementlər, bu funksiyalarını optimallaşdırmağa yardım edir. Qlükoza beyin metabolizmi üçün hazır enerji mənbəyidir, protein isə uşağın somatik inkişafı və hüceyrə metabolizminə enerji verən xüsusi amin turşularını təmin etmək üçün zəruridir.

Təhsil göstəricilərinin yüksəldilməsində xüsusi rolunun olduğu sübut olunan yeni mikroelementlər isə aşağıdakılardır:

Sink Sink mikroelementi, T-hüceyrələrinin immunitetindən, boy və çəkidə artımdan tutmuş, akademik performansa qədər ferment təsiri ilə baş verən 200-dən çox fəaliyyətdə iştirak edir. Sink çatışmazlığından əziyyət çəkən uşaqlar, bir çox kliniki araşdırmalar zamanı yaddaş və diqqət zəifliyi nümayiş etdiriblər.

Bundan əlavə, sink çatışmazlığı, Diqqət Çatışmazlığı və Hiperaktivlik Sindromu (DÇHS) kimi psixo-fizioloji problemlərə gətirib çıxara bilər. DÇHS-li uşaqlarda, sink və mühüm beyin bəsləyici maddə olan dokosaheksaen turşusunun səviyyəsi aşağı olub. Bu yaxınlarda, Kardinal Santos Tibb Mərkəzinin Pediatriya Şöbəsinin həkimi Obri Ten tərəfindən sink elementi üzrə aparılmış randomizə, yerli kliniki araşdırmaya əsasən, 1 ay ərzində gündəlik 20 mq sink qlükonat qəbulu, San Xuan şəhəri orta məktəblərində oxuyan və aşağı qiymətlər alan 3-cü sinif şagirdlərinin oxu və riyaziyyat fənləri üzrə qiymətlərini əhəmiyyətli dərəcədə yüksəldib.

Dokosaheksaen turşusu (DHT) Dokosaheksaen turşusu, iltihaba nəzarət və ürək-damar xəstəliklərinin qarşısını almaq kimi metabolik funksiyalardan tutmuş, beynin inkişafına, yetişkənliyə mühüm təsir göstərən uzun zəncirli polidoymamış yağ turşusudur. DHT, beynin boz maddəsinin neyronlarının əsas qurucu elementidir Onun, idraki və vizual funksiyaları gücləndirdiyi sübut olunub.

Ana südündə yüksək miqdarda DHT mövcuddur. Bu da, yalnız ana südü ilə qidalandırılmış uşaqların intellekt əmsalının digərlərindən 3-5 bal yüksək olduğunun, sayıq və həssas vizual təmasa malik olmalarının izahıdır.

DHT, 2 mühüm yağ turşusundan biri olan, bitki yağlarından əldə edilən ala-linolen turşusundan alınır. DHT-nin bilavasitə mənbəyi tuna balığı və qızıl balıq kimi dəniz məhsullarıdır; siyənək balığı da bu turşunun mühüm mənbəyidir. Yumurta sarısı, qaraciyər kimi qidalar da DHT turşusunun digər mənbələridir.

DHT həmçinin psixo-fizioloji vəziyyətin modullaşdırılmasında mühüm rol oynayır. DHT çatışmazlığı DÇHS-li uşaqlarda aşkarlanır. Həmçinin, təkrar doğan qadınlarda doğuşsonrası depressiyanın DHT çatışmazlığı ilə əlaqəli olduğu görülmüşdür.

Beləliklə, hamilə və südverən analara, Neuromins kimi xalis DHT mənbəyini qəbul etmək tövsiyə edilir. Ananın bədənindəki DHT, hamiləliyin son trimestrində anadan bətndəki dölə keçir.

Taurin – beyində, xüsusilə gözlərin tor qişasında çoxlu miqdarda olan amin turşusudur. Məhz bu səbəbdən, o vizual inkişaf, yetişkənlik və funksiyalar üçün mühümdür. Taurin turşusu həmçinin neyroötürücü modulyasiya və psixomotor inkişafda iştirak edir.

Görmə qabiliyyətinin yüksəlməsi, beynin inkişafı və funksiyası üçün, beyin bəsləyici maddələr sırasına yod və dəmiri də əlavə etmək lazımdır. Bu beyin bəsləyici maddələr, həmçinin məktəbli uşağın rasionuna daxil edilməlidir. Bu xüsusi beyin bəsləyici qidalar, uşağınızın təhsildə müvəffəqiyyət nümayiş etdirməsinə mühüm təsir göstərə bilər.

“Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin.”

(Müqəddəs Quran, “Nəhl” surəsi, 114-cü ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930