Məktəblilər qış tətilinə buraxıldılar
Yanvar 27
17:44
2016
787 dəfə baxılıb
Azərbaycanda orta məktəblər bu gündən bağlanıb.
“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, təhsil ocaqlarının şagirdləri qış tətilinə buraxılıblar. Təhsil Nazirliyinin məlumatına görə, tətil 5 gün davam edəcək, yanvarın 31-də başa çatacaq.
Fevralın 1-də orta məktəblərdə dərslər bərpa olunacaq və dərs ilinin ikinci yarımili başlayacaq.
Azərbaycanın ümumi təhsil məktəblərində dərs məşğələləri ötən il sentyabrın 15-i başlayıb, bu il iyunun 14-də başa çatacaq.
Qeyd edək ki, dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar, ibtidai siniflər üçün isə 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib.
Sələf Xəbər: Uca Allah buyurur: “Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin (müqayisəsiz) səxavətə malikdir. O, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi”. (Qurani-Kərim, “Ələq” surəsi, 1-5-ci ayələr)