Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Məscidlərdə kitabxanalar yaradılacaq

Fevral 02
18:00 2016

Bakıdakı bəzi məscidlərdə kitabxanaların yaradılması istiqamətində işlər gedir.

“Sələf Xəbər” Avropa.infoya istinadən bildirir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov məlumat verib.

Komitə sədrinin müavini deyib ki, bu layihə təkcə Bakıda deyil, ölkənin bütün məscidlərində həyata keçirilir. Ən yaxşı kitabxananın İsmayıllı şəhər Cümə məscidində yaradıldığını vurğulayan G.İsmayılov qeyd edib ki, bu işlər mütəmadi həyata keçirilir: “Əslində bu, Prezident yanında Bilik Fondunun layihəsidir. Hazırda bir neçə bölgədəki məscidlərdə bu cür layihələr mövcuddur. Belə kitabxanalar artıq Bakıdakı məscidlərdə də yaradılır. Məsələn, Əjdərbəy məscidində, İçərişəhər “Cümə məscidi”ndə və Qaradağ rayonundakı “Müşfiq” məscidində yeni kitabxanalar qurulur”.

Sədr müavini layihənin məqsədini də açıqlayıb: “Məscidlərdə kitablar həmişə olub. Amma yeni yaradılan kitabxanalar vasitəsilə biz məscidlərə gələn insanların dini kitablarla yanaşı, həm də dünyəvi ədəbiyyatları əldə edərək oxumasına çalışırıq. Bununla da insanların öz savadlarını, biliklərini daha da təkmilləşdirəcəklərini düşünürük”.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Elm tələb etmək hər bir müsəlmana fərzdir!” (İbn Macə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930