Məşhur Rubik kubunun yaradılış tarixçəsi
1. 014 dəfə baxılıb
Rubik kubu 1970-ci illərdə yaranmış, dünyanın hər yerində tanınmış bir oyuncaqdır. O diqqəti və fəza təfəkkürünü inkişaf etdirir. Bu oyuncaq həddindən artıq maraq doğurur və bütün dünyada 350 milyona yaxın nüsxəsi satılmışdır. Bu maraqlı konstruksiyanı kim ixtira edib və onun sirri nədədir ?
“Sələf Xəbər” Letidor-a istinadən bildirir ki, bu altırəngli məşhur oyuncağın atası Budapeşt tətbiqi incəsənətlər Akademiyasında interyer dizaynı fakultəsində inşaatdan dərs demiş macar ixtiraçısı Erno Rubikdir. Rubik öz kubikini 1974-cü ildə təqdim etdi.
Ernonun düşüncəsinə görə, fırlanan səthləri olan kub tələbələrə fəza təfəkkürünü inkişaf etdirməyə, həndəsəni, riyaziyyatı və modelləşdirmənin müxtəlif növlərini anlamağa kömək etməli idi.
İxtiraçı ümumi konstruksiyanı pozmadan fırlanan kub modelində məşq etməyi təklif etdi. Müasir Rubik kubunun prototipi 27 rənbgərəng (ümümilikdə 6 rəng) səthli taxta kubdan ibarət idi. Modelin içində silindrik mexanizm yerləşirdi. Bu mexaniki bilməcəni Sehrli kub adlandırdılar.
Öz modelinin quraşdırma algoritminin hazırlanmasına Erno Ribik bir aya yaxın vaxt sərf etdi
Kubiki yığmaq üçün səthləri elə çevirmək lazım idi ki, nəticədə her teref eyni rəngli kvadratlardan ibarət olsun.
1975-ci ildə Erno Rubik öz ixtirasını patentlədi. İki il sonra artıq Budapeştin oyuncaq mağazalarının rəflərində Rubikin modellərinin birinci partiyası satılırdı.
Sələf Xəbər: Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. (Qurani Kərim, “Ali İmran” surəsi, 190-cı ayə)