Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Meteorid “yağışı” gözlənilir

Avqust 12
14:41 2015

12-13 avqust tarixində meteorid yağışlarının ən məşhuru olan Perseid meteorid yağışı yağacaq.
Bu meteorid yağışını bu qədər məşhur edən isə 100-ə yaxın meteoridin yay günlərində açıq-aşkar görülə bilməsidir.

“Sələf Xəbər” news.atv.az saytına istinadən xəbər verir ki, qış aylarında Geminid (Əkizlər) meteorid yağışında 120 ədəd meteorid müşahidə edilir. Amma həmin aylarda hava tutqun olduğu üçün görmək mümkün olmur. Perseidler meteoridi isə bu baxımdan daha çox yadda qalandır.

Görəcəyimiz yüzlərlə meteoridin bəziləri yanan topa bənzəyir və çox parlaq işıq saçır. Çox nadir hallarda görülən meteorid yağışı, möhtəşəm mənzərə yaradır.

Şəhər işıqları bu mənzərəni görmənizə mane ola bilər. Mümkün qədər qaranlıq yerdən səmaya baxsanız, onu daha aydın şəkildə görə biləcəksiniz. Şəhərdən uzaq bir yerdə, təpənin yamacında çəmənlikdə uzanaraq bu mənzərəni seyr etmək daha xoş olar.

Qeyd edək ki, bu meteorid yağışını 12-13 avqust tarixində gecə yarısı görmək mümkün olacaq. Gecə yarısından sonra daha aydın şəkildə müşahidə olunacaq.

Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində, (Allahın hikmət və qüdrətinə dəlalət edən) əlamətlər vardır.” (əl-Bəqərə surəsi, 164-cü ayə).

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930