Metro ilə Dəmiryolu vağzalı birləşdirilir
Fevral 20
16:44
2016
1. 009 dəfə baxılıb
Bu ilin sonunda təmirinin başa çatdırılması nəzərdə tutulan Bakı Dəmiryolu vağzalında daha bir tunel sərnişinlərin istifadəsinə veriləcək.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu haqda Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
Nadir Əzməmmədov açıqlamasında bildirib ki, hazırda platformalarda işlər davam etdirilir. İşlər yekunlaşdıqdan sonra sərnişinlər elektrik qatarlarından düşüb birbaşa 28 May metro stansiyasına çıxış əldə edə biləcəklər.
Stansiya ərazisində olan 16 mərtəbəli binada isə müasir otel və Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətin inzibati binası fəaliyyət göstərəcək.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)