Meyvənin özündən çox şirəsinin faydaları
2. 241 dəfə baxılıb
Güclü immunitet sistemi üçün vitamin, antioksidant və mineralla zəngin meyvə suları içmək çox faydalıdır. Meyvə şirələri orqanizm üçün meyvənin özündən daha faydalıdır. Belə ki, şirələr daha tez, bir neçə dəqiqəyə həzm olunur və həzmetmə sistemi yüklənmir.
Təbii şirələr vitamin və mikroelementlərlə zəngindir. Onlar insan bədəninin immun sistemini möhkəmləndirir, bütün orqanlarına müsbət təsir edir.
Təbii şirələrin istifadəsi, hətta, müalicəvi effekt verir. Şirələr tam yetişmiş meyvə və tərəvəzlərdən hazırlanmalıdır. Xarab olmuş məhsuldan şirə hazırlamaq olmaz! Təbii şirələri hazırladıqdan dərhal sonra içmək lazımdır. Soyuducuda saxlanılsa belə, 2 saatdan çox qalan təbii şirədə vitaminlər, demək olar, yox olur.
“Sələf Xəbər” Tabloid.az-a istinadən müxtəlif meyvə sularının faydalarını təqdim edir:
Portağal suyu: Bir stəkan portağal suyu gündəlik C vitamini ehtiyacını qarşılayır. Kalium, folat, B1, B2, B6 vitaminləri və müxtəlif mineralları ehtiva edən portağal suyunun, xərçəng hüceyrələrinin inkişafının qarşısını aldığı və damarları gücləndirdiyi bilinir.
Ərik suyu: Bir stəkan ərik suyu gündəlik A vitamini ehtiyacının 3-də 1-ni qarşılayacaq dəyərdədir. Ərik, diş xəstəlikləri, şəkər xəstəliyi, ürək xəstəlikləri və xərçəng kimi xəstəliklərin meydana gəlmə riskini azaldır, bağırsaqların normal işini təmin edir.
Üzüm suyu: Üzüm suyu A, B və C vitaminlərindən zəngin olmaqla bərabər kalium və dəmir ehtiva edir. Güclü antioksidant xüsusiyyəti sayəsində bədəndə yaranan sərbəst radikallarla döyüşərək, hüceyrələrdəki köhnəliyi azaldır və immunitet sisteminin güclənməsini təmin edir.
Şaftalı suyu: Şaftalı suyu A və C vitaminindən başqa antioksidant və A vitamini fəaliyyəti göstərən beta karoten baxımından zəngin bir içkidir. Ehtiva etdiyi diyet lifləri və antioksidant maddələr, ürək damar sağlamlığının qorunmasında və xərçəngdən qorunmaqda təsirlidir.
Nar suyu: Xolesterol və şəkəri normallaşdıraraq ürək sağlamlığını qoruyan nar suyu xərçəng hüceyrələrinin inkişafına da maneə törədir. Həmçinin, bağırsaq parazitlərini də salır.
Vişnə suyu: Qızdırmalı xəstəliklərə qarşı güclü bir silah olan vişnədə A vitamini və kalium var. Qandakı turşuluğu da təmizləyən vişnə suyu mədə və qaraciyərin normal işini də təmin edər.
Alma suyu: Alma immunitet sistemini gücləndirən B3 və E vitamini və kalium ehtiva edir. Qan şəkərini idarə edən alma suyu baş ağrısına da yaxşı təsir edir.
Sələf Xəbər: Uca Allah buyurur: “(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 11-ci ayə)