Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Milyon ildə bir dəfə baş verən hadisə

Oktyabr 18
10:18 2014

“Sələf Xəbər” haber7.com xəbər saytına istinadən xəbər verir ki, bazar günü Marsın yaxınlığından quyruqlu ulduz keçəcək.

Amerika Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) quyruqlu ulduzun saatda 202767 km sürətlə qırmızı planetin 140 min kilometr yaxınlığından keçəcəyini açıqlayıb.

Milyon ildə bir dəfə baş verən bu səma hadisəsi hal-hazırda Marsın orbitində olan elmi peyklərin köməyilə izləniləcək.

NASA-nın Maven (Mars Atmosphere and Volatile Evolution) elmi peyki iki gün bundan əvvəl qırmızı planetin ilk görüntülərini Yer kürəsinə göndərib. Təqribən 711 milyon km yol qət etmiş və 21 sentyabr tarixində Marsın orbitinə girmiş Maven elmi peyki, Günəşdən qopan və kosmosda dolaşan hissəciklərin Marsda səbəb olduğu fırtınanı görüntüləyib.

NASA-dan əlavə, Avropa Kosmik Agentliyi (ESA), Rusiya Kosmik Agentliyi və Hindistan Kosmik Agentliyinin də elmi peykləri Marsın orbitinə çıxarılıb.

Digər xəbərlər

ARXİV

Dekabr 2024
M T W T F S S
« Feb    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031