Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Mobil cihazlar Wi-Fi vasitəsilə enerji alacaq

Noyabr 28
18:48 2015

Vaşinqton Universitetinin alimləri Wi-Fi-ın köməyi ilə mobil cihazları enerji ilə təchiz etməyə imkan verəcək “Power Over Wi-Fi” texnologiyasını yaradıblar.

“Sələf Xəbər” İKT.az-a istinadən bildirir ki, bu texnologiya “Jawbone” fitnes bilərziyini 2,5 saat ərzində 41%-dək enerji ilə təchiz edə bilir. Qeyd edək ki, cihaz siqnal mənbəyindən 8,5 metr məsafədə yerləşib.

Sözügedən texnologiyanın əsas özəlliyi ondadır ki, eyni vaxtda həm cihazı enerji ilə təchiz etmək, həm də Wi-Fi şəbəkəsindən istifadə etmək mümkün olacaq. Mütəxəssislər bildirirlər ki, hazırda belə texnologiya aşağı sərfiyyatlı qurğuları enerji ilə doldurmaq gücündədir.

Digər xəbərlər

ARXİV

İyun 2026
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930