Möhkəm və sağlam dişlər üçün diqqət edək
1. 240 dəfə baxılıb
Diş çürükləri dişin sümük toxumasının müxtəlif mikroblar tərəfindən zədələnməsi ilə də yaranır. Ağız boşluğunun mikroblarla çirklənməsi, ağız suyunun azalması və tərkibinin dəyişməsi diş sümük toxumasının möhkəmliyinin azalması da bu prosesə təsir edir.
Yeyilən qidalarla əlaqədar ağız boşluğunda turşu tarazlığının istilik səviyyəsində dəyişikliklər yarana bilər. Dondurma və ya isti çay içənlərdə 0 ilə 70 dərəcə arasındakı istilik fərqləri nəzərə alınmalıdır.
Onu da qeyd etmək lazımdır ki, bunların üzərinə 200-ə çatan çeynəmə qüvvəsi əlavə edilir.
“Sələf Xəbər” Tabloid.az-a istinadən bildirir ki, bu cür proseslərdə yaranan diş ərpi isə diş emalını və təbəqəsini dağıdaraq kariyesin əmələ gəlməsinə səbəb olur.
Kariyesin səbəblərindən biri də ağız şirəsinin çatışmazlığıdır. Ağız şirəsi qida qalıqlarını yuyur və antiseptik təsir edir (ağız şirəsinin tərkibində xüsusi antimikrob zülal vardır).
Diş minasının möhkəm olması mikrobların dişlərə olan mənfi təsirinə mane olaraq kariyesin də əmələ gəlməsinin qarşısını alır. Diş minasının möhkəmliyi irsi faktorlardan asılıdır. Bundan başqa, dişlərin möhkəmliyi uşaqlıq dövründən etibarən qəbul etdiyi qidaların keyfiyyətindən, az və ya çox xəstələnməsindən də asılıdır. Yuxarı yaşlı uşaqlarda kəskin və xroniki xəstəliklərin olması, bədəndə baş verən hormonal dəyişikliklər, müxtəlif qan xəstəlikləri az bir zaman ərzində 10-dan artıq dişdə kariyesin əmələ gəlməsinə səbəb ola bilər.
Bundan əlavə çoxsaylı dişlərdə kariyesin inkişaf etməsi bədəndə kalsium mübadiləsinin pozulmasını da göstərir.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır. Qiymətini bildikləri halda onlardan istifadə etməkdən, faydalanmaqdan məhrum qalmışdır. Bu iki mühüm nemət- sağlamlıq və boş vaxtdır”. (Buxari, Riqaq, 1, 60; Tirmizi, Zühd, 1; İbn Məcə, Zühd, 15; Əhməd ibn Hənbəl, Müsnəd, I, 344)