“Motorola” şirkəti özü bərpa olunan ekrana malik smartfonu patentləyib
1. 523 dəfə baxılıb
Çinin “Lenovo Group” şirkətinə məxsus olan ABŞ-ın “Motorola Mobility” şirkəti özü bərpa olunan displeyə malik smartfonu patentləyib. ABŞ-ın “SlashGear” internet portalının məlumatına görə, aparatdan ayrılan istilik plastik və ya polimer şüşədən hazırlanmış displeydəki xırda cızıqları bərpa edə bilər.
Selefxeber.az “ICTnews”a istinadən xəbər verir ki, jurnalistlər şirkət tərəfindən ixtira üçün alınmış patentin surətini ələ keçirməyə nail olublar. Yeni smartfon ekrandakı zədələnmənin xarakterini (kiçik çat və cızıq) özü müəyyənləşdirərək bu barədə istifadəçini xəbərdar edəcək.
Şüşənin özünü bərpa etmə prosesi istifadəçinin komandası üzrə işə düşür. Smartfonun yaddaşında ekranın ilkin forması haqda informasiya saxlanılır. Aparata qurulmuş istilik elementi ekranda göstərilmiş sahəni isidir və zədələri bərpa edir.
Lakin yeni texnologiya bütün zədələri (məsələn, tamamilə sınmış ekran) aradan qaldıra bilməyəcək.