Müasir gəncləri təəccübləndirəcək qədim texnologiya nümunələri – FOTO
1. 321 dəfə baxılıb
Nazik, maqnetik diskdən və plastik örtükdən ibarət disketlər ilk əvvəl 8 dyüm böyüklüyündə idi, daha sonra kiçildilərək çoxlarına məlum olan 3 1/2 dyümlük şəklini aldı. 1.44 mb-lıq məlumat saxlama qabiliyyətinə malik disket az sonra öz yerini 450 dəfə daha çox məlumat saxlayan, 650 mb-lıq yaddaşa malik kompakt disklərə verdi.
“Sələf Xəbər” telegraph.co.uk-a istinadən bildirir ki, ilk dəfə 1979-cu ildə buraxılmış Sony Walkman, şəxsi audio sistemlər sahəsində inqilaba səbəb oldu. Daşına biləcək qədər kiçik və ictimaiyyətdə istifadə ediləcək qədər dəbli Sony Walkman ilk əvvəl kasetlər vasitəsilə işləyirdi. Sony şirkəti bu günə qədər Walkman brendini audio məhsullar üçün istifadə edir.
Sensor ekranlar çıxmazdan əvvəl, telefonların üzərində düymələr var idi. Ondan əvvəl isə nömrə yığmaq üçün fırlanan diskdən istifadə olunurdu. Siferblat üzərində qurulmuş hər bir nömrə bir dəliyə müvafiq idi. Hər bir dəlik müəyyən yerə qədər fırlanır və növbəti dövrəyə keçmirdi. İmpuls yığımı kimi tanınan bu texnologiya yığımın hər bir hərəkətinin səbəb olduğu impulsların miqdarını sayırdı. Bu texnologiya vaxt alırdı, çünki nömrə yığarkən hər dəfə fırlanan diskin geri qayıdaraq yerinə oturmasını gözləmək lazım idi.
İlk dəfə 1860-cı illərdə icad edilmiş yazı makinası peşəkar yazıda inqilaba səbəb olaraq, elektrik olmadan, standartlaşdırılmış formatda sənədləri cəld şəkildə yazmağa imkan verdi. 100 ildən çox müddət ərzində təkmilləşdirilmiş sadə yazı makinası mətn redaktorundan və daha sonra meydana gəlmiş personal kompyuterdən çox geri qalırdı.
Əlavə funksiyaları olmasa da, avtonom fotoaparat hələ də cəld şəkildə yüksək keyfiyyətli şəkillər çəkməyin əla yoludur. Bu gün rəqəmsal sistemləri ilə hələ də peşəkarlar tərəfindən istifadə olunan avtonom kameraların satışı aşağı düşüb və öz yerini ağıllı cihazlardakı inteqrasiya edilmiş kameralara verib.
Kompyuter sənayesinin pionerlərindən biri Atari ilk olaraq 1977-ci ilin sentyabr ayında “Atari 2600” cihazını ictimaiyyətə təqdim etdi. Kartriclərlər işləyən “266” modeli 128 bayt RAMa malik idi (iPad Air 2 – 2 giqabayt RAMa malikdir) və prosessorun sürəti 1.18 meqahers idi (Galaxy S5 2.5 giqaherslik dördnüvəli prosessora malikdir). 30 milyon satış edən cihaz, həmçinin, “Atari Jaguar” və “Lynx” kimi oyun konsollarının əcdadına çevrildi. Lakin Nintendo, Sony və Microsoft Windows kimi şirkətlərin yüksəlməsi ilə Atari səhnədən sıxışdırılıb çıxarıldı və o gündən bəri müflisləşmiş şirkət əldən-ələ keçir.
Şirkətin original Game və Watch portativlərindən törəmiş Game Boy cihazı 1989-cu ildə ictimaiyyətə təqdim edildi. Məşhur “Tetris” oyunu ilə təqdim olunmuş Game Boy kartricləri müxtəlif oyunlar qəbul edir və 160×144 piksellik ekranı vasitəsilə 8 bit portativ oyun yaddaşına malik idi. Daha sonra Game Boy oyun cihazının qlobal uğuru əsasında Game Boy Color və Game Boy Adventure versiyaları işıq üzü gördü. Lakin Nintendo DS, original cib oyununun ardıcılı olan “Game Boy” oyununun nüfuzuna xələl gətirdi.
JVC şirkəti tərəfindən işlənib hazırlanmış VHS formatının rəqibi olan Sony şirkətinin Betamax videomaqnitofonu daha kiçik, kompakt cihaz vasitəsilə daha yaxşı keyfiyyətə malik təsvirlər təklif edirdi. Əsasən Sony şirkəti tərəfindən irəli sürülən Betamax, Hitachi, Mitsubishi və Sharp kimi istehsalçılar tərəfindən dəstək görmürdü. Texnoloji cəhətdən üstün formata baxmayaraq, Betamax baha qiymətinə və VHS ilə müqayisədə daha az – 2 və ya 4 saatlıq nümayiş müddətinə malik olduğu üçün nüfuzdan düşdü. 1975-ci ildə ictimaiyyətə təqdim olunduqdan sonra Sony əvvəlcə Betamaxı az sayda istehsal edərək 2002-ci ildən isə onu tədricən bazardan çıxardı.
İlk format müharibələrinin son qaliblərindən olan JVC şirkətinin VHS kasetləri tədricən Sony şirkətinin kiçik, kompakt Betamaxlarına üstün gəldi. 70-ci və 80-ci illərdə populyarlaşan VHS plastik kasetin içində yerləşən, 5 saata qədər metraja malik maqnetik lentlərdən ibarət idi. 90-cı illərin sonlarında DVD-lər kimi optiki daşıyıcıların yüksəlişindən sonra, VHS-nin populyarlığı kölgədə qaldı.
Erkən TV ekranları və kompyuter monitorları Cathode Ray Tube və ya CRT texnologiyası sayəsində daha kvadratşəkilli idi. Hermetik elektron topdan və lüminoforlu ekrandan ibarət olan sistemdə, top vasitəsilə ekrana elektron şüalar açılırdı. Bu şüalar daha sonra maqnetik sapmaya məruz qalır, tədricən lüminofora təsir edir ekranda təsvir əmələ gətirir. Nazik və daha effektiv OLED, LED və altdan işıqlandırılan LCD ekranlar qısa müddətdə CRT-lərin yerini aldı.
Müasir proektorların əcdadı sayılan diaproektorlar böyük, sabit kadrları görməyə imkan verirdi. Evdə istifadə edə bilmək üçün kifayət qədər ucuz qiymətə malik diaproektorlarda slaydları nümayiş etdirmək üçün matrik linzalarla kombinə edilmiş elektrik lampalarından istifadə olunurdu. Slaydlar tez pozulurdu, bərk közərmiş lampa soyumalı idi. Daxili lampa ventilyator vasitəsilə soyudulsa da, tez-tez həddən artıq qızırdı.
Nintendo DS cihazında hələ də istifadə olunmasına bxmayaraq, oyun kartricləri erkən ev oyun konsolları arasında populyar idi. Bu kartriclərdən son istifadə edən oyun cihazı isə Nintendo şirkətinə məxsus N64 idi. Nintendonun istehsalı olan növbəti Gamecube sistemi Playstation 2 və Xbox kimi optik daşıyıcılardan istifadə edirdi.
80-ci və 90-cı illərdə, mobil telefonlar istifadə olunmağa başlamamışdan əvvəl, daşınabilən ratsiyalar qısa məsafədə audio rabitə qurmağa imkan verirdi.
Qısa mətn mesajlarının əcdadı olan peycerlər 90-cı illərin əvvəllərində ictimaiyyətə təqdim edildikdə inqilaba səbəb oldular. Bu cihaz insanlara iPhoneların peyda olmasından çox əvvəl bildirişlər qəbul etməyə imkan verirdi. SMS-lər meydana gələnə qədər populyarlıq qazanan sadə peycerlər hal-hazırda bəzi restoranlarda sifarişin hazır olmasını müştəriyə bildirmək üçün istifadə olunur.
İlk dəfə 1937-ci ildə icad edilmiş Polaroid öz uğurunu ani kameraya borclu idi. Rəqəmsal kameraların peyda olmasından çox əvvəl, Polaroidin ani kamerası fotoqrafın şəkilləri aydınlaşdırmasına ehtiyac qoymur və onları demək olar ki, həmin an görməyə imkan verirdi. 1943-cü ildə Polaroidin tamamilə avtomatlaşdırılmış SX 70 və OneStep modelləri işlənib hazırlandı və OneStep modeli Amerikada ən çox satılan fotoaparat oldu.
60-cı illərdə populyarlıq qazanan erkən avtocavablama cihazları avtonom cihazlar şəklində idi və ismarıcları saxlamaq üçün maqnetik lentlərdən istifadə olunurdu. İndi əksər simsiz telefonlara inteqrasiya edilmiş və ya səsli poçtla əvəzlənmiş ən müasir cavablama cihazlarında yaxşılaşdırılmış bərk cisimli daşıyıcılardan istifadə olunur.
“(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?”
Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə