Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Müəllimlərə xəbər var

Mart 31
11:01 2015

Mart ayından etibarən Bakı şəhərinin məktəblərində çalışan müəllimlər əmək haqlarını artımla əldə edəcəklər.

“Sələf Xəbər”in “A24.az”-a istinadən məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, müəllimlər mart ayının maaşını artımla birlikdə alacaqlar. Müəllimlər eyni zamanda yanvar və fevral ayları üçün artımla əlaqədar yaranan fərqi də mart ayının maaşı ilə birlikdə alacaqlar.

Qeyd olunub ki, ölkə başçısının sərəncamına əsasən ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşlarının orta hesabla 2 dəfə artırılması barədə qərar qəbul edilib. Sərəncamın icrası ilə bağlı müəllimlərin dərs yükü normasının və maaşların yeni dərəcələrinə dair sənədlər paketi hazırlanıb. Sənədlər paketi Təhsil, Maliyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri arasında razılaşdırılaraq hökumətə təqdim edilib. Artıq həmin sənədlər Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

Sələf Xəbər: Uca Allah buyurur: “Əgər (bunu) bilmirsinizsə, zikr (kitab, elm) əhlindən soruşun!” (Qurani-Kərim, “Nəhl” surəsi, 43-cü ayə)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930