Müsəlman ixtiraçı “istilik keçirməyən” hicab icad edib.
1. 476 dəfə baxılıb
22 yaşlı Əhməd Qanem hicab taxan bütün müsəlman qadınların arzusunu həyata keçirmək üçün qeyri-adi bir hicab icad edib.
O, günəş şüalarının 80%-ə qədərini bloklaşdıran, öz-özünü sərinlətməyi bacaran, əzilməyən və yaş olmayan bir material hazırlayıb. Bu qeyri-adi parçanı hazırlamaq üçün müsəlman ixtiraçı 2 il vaxt sərf edib. Hazırladığı hicab kolleksiyasına o, “Quru və sərin” adı verib.
Əhməd Qanemin sözlərinə görə, onun hazırladığı hicab standart hicablara nisbətən 12-13 dərəcə Selsi daha sərin saxlamağa qadirdir.
“Artlq müsəlman qadınlar hər cür isti hava şəraitində rahatlıqla hicab taxa biləcəklər. Mən sadəcə onların həyatını bir az asanlaşdırmaq istədim”.- deyə, ixtiraçı təvazökarlıqla bildirib.
Mənbə: İslam-Today
Sələf Xəbər: Xatırladaq ki, İslam qaydalarına əsasən, hicab müsəlman qadınları üçün mütləq geyimdir.
Uca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər…” (Müqəddəs Quran, “Əhzab” surəsi, 59).
Uca Allah həmçinin buyurur: “Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar…” (Müqəddəs Quran, “Nur” surəsi, 31).
“Görünənlər istisna olmaqla” – yəni üz və biləklərə qədər əllər.
Lakin, əlbəttə ki, bir çox hətta qeyri-müsəlman ölkələrindən (!) fərqli olaraq bir sıra müsəlman ölkələrində bəzən təhsil müəssisələrində müsəlman qadınların hicab geyinmək qadağası ilə rastlaşması faktı bizi kədərləndirməyə bilməz.
Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik! Amin!