Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Müsəlmanlar üçün “Sunnah Cards” tətbiqi çıxdı

Oktyabr 03
18:27 2014

“Sələf Xəbər” Umma İnfo-ya istinadla xəbər verir ki, Facebook və iPhone platformalarında müsəlmanlar üçün “Sunnah Cards” adlı tətbiq istifadəyə verilib.

Tətbiqin müəlliflər qrupuna Dağıstan, Qazaxıstan və BƏƏ-dən olan proqramçılar daxildir. Tətbiq, səhih Sünnəyə əsaslanan təbrik, dualar və xatırlatmaların yazıldığı açıqcaları göndərməyə imkan verir.

Bundan əlavə tətbiq Qurban və Ramazan bayramlarında istifadəçini salamlayır, həmçinin ona həyatının vacib hadisələrini xatırladır. Açıqcalardakı məlumat xoş, sadə və aydın infoqrafika ilə təqdim olunur.

Facebook-un Sunnah Cards-ı dörd dildə olan açıqcalara tamamilə pulsuz giriş və onları sosial şəbəkə daxilində rahat paylaşma imkanı verir.

Tətbiqin iPhone üçün olan birinci versiyasında 18 dildə açıqca təqdim olunur. Bayram açıqcalarına giriş pulsuz, qalanları isə əlavə olaraq alınacaqdır. Bununla belə App Store-da ikinci versiyanın təsdiqi
gözlənilir.

İkinci versiyada dillərin sayı 50-yə çatacaq. Tətbiq eyni anda iki dildə açıqca göndərmək imkanı verir. Gələcəkdə, tətbiqə yeni açıqcalar, tərcüməçi, həmçinin hicri təqvimi ilə cari tarix, bayramların dəqiq tarixləri, vacib hadisələr və müvafiq xəbərdarlıqlar əlavə etmək planlaşdırılır.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930