Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“NASA” Aya ilk insanın uçuşunun 45 illiyini qeyd edir

İyul 22
14:56 2014

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “İTAR-TASS”-a istinadən xəbər verir ki, “NASA”-nın Kanaveral kosmodromunda yerləşən məşhur raket yığım kompleksi bundan sonra Ay səthinə ilk dəfə qədəm qoyan məşhur ABŞ astronavtı Nil Armstronqun adını daşıyacaq. ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) bu qərarı 20 iyul 1960-cı ildə Aya insanın qədəm qoymasının 45 illiyi münasibətilə qəbul olunub.

İyulun 21-də kosmodromda tarixi “Apollon 11” raketinin digər iki iştirakçısı 83 yaşlı Maykl Kollinz və 84 yaşlı Bazz Oldrin, eləcə də “NASA” direktoru Çarlz Bolden, Kennedi adına Kosmik Mərkəzin rəhbəri Robert Kaban, ABŞ-ın digər astronavtlarının iştirakı ilə təntənəli mərasim keçirilib. Onlar “Apollon” raketlərinin uzun illər ərsəyə gətirildiyi nəhəng binanın N. Armstronqun şərəfinə adlandırılmasını tarixi hadisə hesab edirlər.

Eyni zamanda “NASA” nümayəndələri təəssüf hissi ilə qeyd edib ki, bu, Aya ilk insanın enməsinin əsas səbəbkarının iştirakı olmadan keçiriləcək ilk yubiley tədbiri olacaq. Belə ki, N.Armstronq 25 avqust 2012-ci ildə 82 yaşında ürəyində keçirilən əməliyyatdan sonra vəfat edib. Əfsanəvi astronavt Hərbi Dəniz Qüvvələrinin ənənəsinə və vəsiyyətinə uyğun dənizdə dəfn edilib. O, astronavtlar dəstəsinə qoşulmazdan əvvəl hərbi donanmada təyyarəçi-sınaqçı vəzifəsində xidmət edib.

Aya uçuşdan sonra N.Armstronq “NASA” direktorunun köməkçisinin müavini təyin edilib, daha sonra doğma Ohayo ştatında universitetdə çalışıb. N.Armstronq bir çox fəxri adlara və mükafatlara, o cümlədən Fəxri medala, Azadlıq prezident medalına və ABŞ Konqresinin qızıl medalına layiq görülüb. Bundan başqa, Ay kraterlərindən biri onun şərəfinə adlandırılıb.

 Sələf Xəbər: Uca Allah buyurur: “Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır!” (Müqəddəs Quran, “Əraf” surəsi, 54-cü ayə).

Həmçinin Allah buyurur: “Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə )diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir.” (Müqəddəs Quran, “Mülk” surəsi, 3-4-cü ayələr).

Gördüyümüz ulduzlar isə birinci səmada yerləşir, necə ki, Uca Allah buyurur: “Biz dünya səmasını parlaq ulduzlarla bəzədik.” (Müqəddəs Quran, “Saffat” surəsi, 6-cı ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930