Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

NASA-nın yeni kəşfi – helikopter səmada təyyarəyə çevrilir – VİDEO

May 06
13:51 2015

“Sələf Xəbər” arabic.rt.com saytına istinadən NASA-nın yeni helikopter-təyyarə kəşf etdiyini bildirir.

Təyyarə (GL-10) adını daşıyır. Mövcud model pilotsuz idarə olunur. Təyyarənin qanadlarının uzunluğu 3 metrə çatır. Qanadlarda səkkiz ədəd, quyruq hissədə isə iki ədəd mühərrik yerləşdirilmişdir.

Təyyarə qalxarkən və enərkən helikopterə çevrilir. Enmə və qalxma funksiyası şaquli vəziyyətdə reallaşır.

Səmaya helikopter kimi yüksələn qurğu yerə düşmədən qanadlarını üfüqi vəziyyətə gətirərək təyyarəyə çevrilir. Bu prosesi reallaşdırmaq NASA mütəxəssisləri üçün əsil başağrısı olub.

NASA ötən həftə sözü gedən helikopter-təyyarənin video görüntülərini nümayiş etdirib. NASA bu təyyarələri yüklərin çatdırılması, kənd təsərrüfatı sahəsində nəzarətdə və xəritəçəkmədə istifadə etmək üçün nəzərdə tutub.

🎬

Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “ən-Nəhl” surəsi, 8-ci ayə)

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Qurani-Kərimdə Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin”.

Digər xəbərlər

ARXİV

Dekabr 2024
M T W T F S S
« Feb    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031