Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Nazirlik saxta brauzerə görə xəbərdarlıq edib

Oktyabr 23
17:13 2015

İnternet istifadəçiləri üçün böyük təhlükə var.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) Azərbaycanın internet istifadəçilərinə növbəti dəfə xəbərdarlıq edib.

“Sələf Xəbər”in Oxu.Az-a istinadən məlumatına görə, ETM-in xəbərdarlığında qeyd edilir ki, “Google Chrome” veb brauzerini tamamilə silməklə özünün saxta surətini onun əvəzinə kompyuterə quraşdıran ziyanverici proqram – saxta brauzer aşkar olunub.

Təhlükəsizlik ekspertləri qeyd edir ki, istifadəçilərin “eFast Browser” adlandırılan bu saxta veb brauzerlə “Google Chrome” brauzeri arasındakı fərqi asanlıqla müəyyən etməsi mümkün deyil.

ETM internet istifadəçilərinin nəzərinə çatdırır ki, “eFast Browser” ziyanverici proqramı ciddi təhlükəsizlik problemlərinə və fərdi məlumatların oğurlanması hallarına gətirib çıxara bilər.

“Həmin saxta brauzer vasitəsilə bədniyyətli, sizin daxil olduğunuz veb səhifələrdə icazəsiz reklamlar yerləşdirə, sizi saxta məzmunu olan zərərli saytlara yönləndirə və internetdəki fəaliyyətinizi izləyə bilər. Tövsiyə edirik ki, “Google Chrome” veb brauzerini rəsmi veb saytından endirin və onu kompyuterinizə quraşdırarkən hər bir mərhələni diqqətlə təhlil edin”, – deyə xəbərdarlıqda qeyd olunur.

Digər xəbərlər

ARXİV

Oktyabr 2024
M T W T F S S
« Feb    
 123456
78910111213
14151617181920
21222324252627
28293031