Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Nə üçün neft barrellə ölçülür?

Dekabr 02
17:53 2016

Hal-hazırda neft “qara qızıl” adı ilə planetin ən vacib resurslarındandır.
Neftin bir barrelinin qiyməti dünya birjalarında ən önəmli məlumatlardan hesab edilir. Neftin bir ölçü kimi barrellə hesablanmasının tarixi uzaq keçmişə gedib çıxır. Belə ki, ilk zamanlar netf hasilatı və satışı çox kiçik həcmdə olurdu və neftin daşınması üçün standart qablar yox idi. Bəzi yerlərdə nefti müxtəlif ölçülü taxta çəlləklərdə, bəzi yerlərdə isə xüsusi tuluqlarda daşıyırdılar. Həmin vaxtlar neftin hasilatı və satışı çox az olduğundan iri həcmli qabların olmaması elə də problem yaratmırdı və netfin nəqli üçün istəlin qablardan istifadə olunurdu…

XIX əsrin ortalarında, neft istehsalının və satışının böyük bir vüsət aldığı zamanlar, neftin müxtəlif ölçülü qablarda satışı və neft hasilatının hesablanması hesabatlar zamanı böyük çətinliklər yaradırdı. Bu səbəbdən 1866-cı ilin avqust ayında neft sənayeçiləri Pensilvaniyanın Tirusvil şəhərciyində görüşürlər və netfin istehlakçılara çatdırılması üçün standart ölçülü qabların yaradılmasını müzakirə edirlər. Burada neft barrelinin ölçüsünün 42 qallon olması qərarlaşdırılır. Ona görə ki, hələ 1700-cü illərdə Pensilvaniyada balıq, yağ, sabun, çaxır və digər məhsulların daşınması üçün 42 qallonluq taxta çəlləklərdən ticarətdə istifadə olunmuşdur. Həm də, belə ölçülü çəlləkləri, çox da ağır olmadığından, bir nəfər işçi asanlıqla daşıya bilirdi və çəlləkləri dəmiryolu platformalarında və yerləşdirmək çox rahat idi. Bu səbəbdən də 42 qallonluq çəlləklərin standart ölçü vahidi kimi qəbul olunması sənayeçilər üçün məntiqli bir variant idi və həmin il Amerika Assosasiyası tərəfindən təsdiqləndi.

1872-ci ildə Amerikanın Neft Sənayeçiləri Assosiasiyası rəsmi şəkildə 42 qallonluq çəni standart kimi təsdiqləyir. Hal-hazırda neft iri tankerlərlə borular vasitəsilə nəql edilir. Amma neft barreli bir ölçü vahidi kimi dünya neft ticarətində qalmaqdadır.

Qeyd etmək lazımdır ki, hələ o keçmiş dövrlərdə barrel ölçüsü qetri-standart olmuşdur. Yəni, 1 barellik çəlləklər 120-160 litr civarında dəyişirdi. Hətta indinin özündə də barrellər müxtəlif ölçülü olurlar. Neft barrelini digərləri ilə səhv salmamaq üçün bunları yadda saxlamaq lazımdır:
42 qallon = 1 barrel = 159 litr…

azens.az

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930