Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Nəfəslə xərçəng xəstəliyi aşkar ediləcək

Yanvar 13
16:53 2016

Yaponiya alimləri xüsusi sensor hazırlayıblar ki, bu sensor insan verdiyi nəfəsinə əsaslanaraq xərçəng diaqnozunu qoymağa kömək edəcək.

Xarici mətbuatın məlumatlarına görə, tədqiqatlar Osaka Universitetinin alimləri tərəfindən aparılır.

“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, sensorun əsasını çox kiçik ölçüdə olan çip təşkil edir. Çip insanın nəfəsində olan birləşmələri təyin edib təxmini diaqnoz qoya bilər. Sensor smartfona qoşula bilər ki, insan öz sağlamlığına özü nəzarət edə bilsin. Lazım olduqda insan yeni qurğu tərəfindən verilmiş məlumatı həkimə göndərə bilər.

Hal-hazırda yeni qurğunun prototipi hazırdır. Alimlər təkmilləşmə işlərini aparırlar. Alimlərin fikrinə görə, sensor kiçik və ucuz, həmçinin onun istifadə etmə qaydaları asan olmalıdır.

Alimlərin fikrinə görə, yeni qurğu 2022-ci ildən başlayaraq geniş istifadə oluna bilər.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Oktyabr 2024
M T W T F S S
« Feb    
 123456
78910111213
14151617181920
21222324252627
28293031