Neon lampaların təhlükəsi
788 dəfə baxılıb
İstər mənzillərdə, istərsə də ofislərin işıqlandırılmasında neon lampalardan istifadə halları artıb. Bunun əsas səbəblərindən biri bu cür lampalarla enerjiyə daha çox qənaət etməyin mümkün olmasıdır.
“Sələf Xəbər” ATV.az-a istinadən xəbər verir ki, qənaət məqsədilə istifadə etdiyimiz bu lampalar sağlamlığımızı ciddi təhlükə altında qoyur. Məlum olub ki, bu lampalar baş ağrısından tutmuş xərçəngə qədər bir çox xəstəliyə yol açır. Sərfəli lampaların ən mənfi cəhəti onlarda titrəmə effektinin olmasıdır. Bu da gözlərin yorulmasına gətirib çıxarır.
Xatırladaq ki, məhz bu cür zərərlər nəzərə alınaraq dünyanın bir çox ölkəsində neon lampaların istehsalı, idxalı və satışına qadağa qoyulub.
Sələf Xəbər: Uca Allah buyurur: “…öz əllərinizlə özünüzü təhlükəyə atmayın”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 195-ci ayə)
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır. Qiymətini bildikləri halda onlardan istifadə etməkdən, faydalanmaqdan məhrum qalmışdır. Bu iki mühim nemət – sağlamlıq bə boş vaxtdır”. (Buxari, Riqaq, 1, 60; Tirmizi, Zühd, 1; İbn Məcə, Zühd, 15; Əhməd ibn Hənbəl, Müsnəd, I, 344)