Niaqara şəlaləsi necə donur… və ya donurmu? – FOTO
2. 014 dəfə baxılıb
“Sələf Xəbər” www.saudigazette.com.sa saytına istinadən, Niaqara şəlaləsinin qış mövsümündə hansı dəyişikliyə uğradığı barədə məqaləni təqdim edir:
Möhtəşəm mənzərədir: Niaqara şəlaləsi, dünyanın ən möhtəşəm şəlaləsi, açıq-aşkar şəkildə donub. Turistlər bir neçə həftə davam edən kəskin soyuqlar nəticəsində meydana gələn bu buzlu mənzərəni izləməyə axışıb.
Bəs, doğrudanmı şəlalə donub? Əslində, tam olaraq yox. Möhtəşəm Niaqara şəlaləsinin necə kristallik kaskad əmələ gətirdiyini qısa şəkildə izah etməyə çalışaq:
Artıq ikinci qışdır ki, qərbi Nyu-York ştatında və aşağı Ontarioda soyuq hava Niaqara şəlaləsinin Amerika şəlaləsi adlanan ABŞ hissəsinin və formasına görə At nalı şəlaləsi adlandırılan Kanada hissəsinin böyük qisminin donmasına səbəb olub. Lakin şəlalənin alt hissəsində su daim axmağa davam edir.
Bu heç də təsadüfi deyil: Niaqara çayı hidroelektrik enerjinin mühüm mənbəyidir, poladdan hazırlanmış buz barajları buz dağlarının qarşısını saxlayır, buzqıranlar isə gecə-gündüz işləyərək şəlalənin tutulmasının qarşısını alır.
Əgər soyuqlar uzun müddət davam etsə, çay boyunca buz körpüsü əmələ gələrək ABŞ-la Kanadanı bir-birinə birləşdirir. 1912-ci ildə turistlər buz körpüsünün üzərində xizək sürdüyü və içki içdikləri zaman körpü qırılmış və nəticədə 3 nəfər həyatını itirmişdir.
Onlardan ikisi buz parçası üzərində qalmış kanadalı cütlük və onları xilas etməyə çalışan amerikalı yeniyetmə olub. O gündən bəri buz üzərində gəzmək qadağan edilib.
Sələf Xəbər: Heç şübhəsiz ki, ətraf mühit də Allahın ən möhtəşəm yaratdıqlarından biridir. Yaşadığımız bu təbiət Allahın bizə əta etdiyi nemətlərdən sayılır. Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)