Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Niyə ağlayanda gözümüzdən yaş axır? – ELMİ CAVAB

İyul 28
16:58 2014

Hər bir gözün yuxarı kənar küncündə təxminən badam boyda olan göz yaşı vəziləri var. Onlar daim göz yaşı “hazırlayır” və gözlərə axıdırlar. Hər dəfə göz qırpılanda az miqdarda göz yaşı axaraq, gözlərimizi yuyur və nəmləndirir.

Bəzi hallarda – məsələn, gözə toz düşəndə,- göz yaşlarının axması da artır.

Biz güləndə sifət əzələlərinin innervasiyası baş verir. Yəni sifət əzələlərini idarə edən `üçlü sinir` ilə ötürülən impulslar həm də göz yaşı vəzisinə təsir edir və nəticədə göz yaşı axır.

Ağlayanda gözdən axan yaxşın mexanizmi isə başqadır.

Göz yaşlarının tərkibi əsasən sudan, yağdan, duzdan və natrium bikarbonatdan (soda) ibarətdir. Ona görə də göz yaşının dadı şor olur. Bədəndən artıq duzları çıxarmaq stressi yüngülləşdirən amildir. Biz güclü emosiyalar keçirəndə orqanizm stress hormonları ifraz edir. Onlar göz yaşının tərkibində xüsusilə çox olurlar. Biz ağlamaqla həmin maddələri orqanizmdən kənar edirik.

Gözümüzdən yaş axdıqca həmin stress hormonları bədəndən çıxır və biz sakitləşirik. Ona görə də ağlayıb qurtarandan sonra insan sanki yenilənir, özünü rahat və təmiz hiss edir. Bu, aldadıcı hiss deyil – axı orqanizm doğrudan da təmizlənib. Buna görə də, əslində göz yaşlarının axması insana xeyirlidir.

az.azvision.az

 Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz.” (Müqəddəs Quran, “Muminun” surəsi, 78-ci ayə)

“Uca Allah qullarına onlara əta etdiyi nemətləri haqqında xəbər verərək, onların insanları Allaha minnətdarlıq etməyə və Onun qarşısında vəzifələrini qüsursuz yerinə yetirməyə həvəs oyatdığını bildirir. Allah insanlara eşitmə qabiliyyəti vermişdir ki, onlar səsləri eşidib, bundan öz dini və dünyəvi həyatı üçün fayda əldə etsinlər. O, insanlara həmçinin görmə qabiliyyəti əta etmişdir ki, onlar ətraf aləmi görə bilsinlər və bunu öz mənafeləri üçün istifadə edə bilsinlər. O, insanları həmçinin ürək və ağılla təchiz etmişdir ki, onların sayəsində insan ətrafında gedən prosesləri dərk edir və bununla da heyvanlardan fərqlənirlər.
Təsəvvür edin ki, əgər insan eşitmə, görmə qabiliyyətindən və ağıldan məhrum olsaydı, hansı vəziyyətə düşərdi. Vacib həyati bacarıqlardan və məziyyətlərdən məhrum olmuş kar, kor və lal insanı təsəvvür edin. Doğrudanmı sizə bu nemətləri Ətaedənə minnət­darlıq bildirməzsiniz? Doğrudanmı siz təkcə tək Ona ibadət və itaət etməyəcəksiniz? Sizin təşəkkürünüz Allahın sizə fasiləsiz olaraq əta etdiyi bol-bol nemətlərlə müqayisədə necə də azdır!” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930