Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Noutbuk arxasında oturanlar ürək-damar sistemini nəzarətdə saxlayacaqlar

Dekabr 30
11:32 2014

Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutu ürək-damar sisteminin noutbuklar vasitəsi ilə monitorinqi sistemini yaradıb. Artıq sistem klinik şəraitdə uğurla sınaqdan keçib.

“Sələf Xəbər”-in Trend-ə istinadən məlumatına görə, bu barədə institutun direktoru Telman Əliyev bildirib ki, ürək-damar sisteminin smartfonlar vasitəsi ilə monitorinqinin aparılması da bu yeni sistemin tərkib hissəsidir. Sistem noutbuk vasitəsi ilə klinikalarda tətbiq edildikdən sonra onun digər analoq formada – smartfonla da reallaşdırılması asan olacaq.

T.Əliyev deyib ki, monitorinq sisteminin işləməsi üçün insan bədəninə həkim tərəfindən müəyyənləşdirilmiş yerinə xüsusi kiçik mikrofon quraşdırılır. Həmin mikrofondan sıqnallar xüsusi proqram yazılmış noutbuklara ötürülür və onlar analiz edilir.

İnstitut direktoru qeyd edib ki, sistem şəxsin xəstəliyinə diaqnoz qoymur. O, yalnız insanın vəziyyətini nəzarətdə saxlayır və onun həkimə müraciət edib-etməməsi zərurətinin olub-olmadığını bildirir: “Əgər kiminsə ürək-damar sistemində problem varsa və yaxud heç yoxdursa, amma bunu nəzarətdə saxlamaq istəyirsə, onun bədəninin müəyyən hissəsinə mikrofon qoyulur. İnsan hərəkətdə olarkən və ya oturub işləyərkən mikrofon onun ürəyinin küyünü radio siqnallarla noutbuka ötürür. Sonra həmin adam üçün müəyyən vaxtlardan bir noutbukda etolonlar yaranır. Yeni etolonlar əvvəlki günlərlərin etolonları ilə müqayisə olunur. Fərz edək ki, 10 gün etolon yarandı, 15-cü gün fərqli etolon əmələ gələndə noutbukun ekranında həmin şəxsin ürəyinin vəziyyətinin etolondan fərqli olduğu yazılır və ona həkimə müraciət etmək tövsiyə olunur. Əgər həmin adam həkimə müraciət etdikdə həkim ona vəziyyətinin normal olduğunu desə, o da yeni etolon kimi noutbuka daxil olunacaq. Beləliklə, sistem imkan verəcək ki, adam həmişə öz ürəyinə nəzarət etsin”.

T.Əliyev deyib ki, sistemin özünün təlim vaxtı və istismar müddəti var. Sistemin təlim müddəti təxminən 10-15 gündür. Hazırda bu sistemin işləməsi üçün noutbukun işləməsi, yəni açıq olması lazımdır. Bundan əlavə, hazırda sistemin işləməsi üçün insan noutbuka yaxın məsafədə olmalıdır: “Amma gələcəkdə buna ehtiyac olmayacaq. Hələlik sistem noutbuk işləyən vaxtlarda xəstənin bədənindən gələn siqnalları qəbul edir və etolonları yaradaraq müqayisəsini aparır. Bundan əlavə, gələcəkdə insan noutbukda yaxın olmaya da bilər”.

Onun sözlərinə görə, artıq sistemlə bir çox xarici şirkətlər – Türkiyənin “AKGUN Softwar”, İtaliyanın EXPRYVIA, Böyük Britaniyanın “MTİ-Ventures” şirkətləri, eləcə də Azərbaycan Türk İşadamları Beynəlxalq Cəmiyyəti maraqlanıb və onlar həmin sistemi müxtəlif klinikalarda tətbiq etmək niyyətindədirlər.

 Sələf Xəbər:
Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə).

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930