Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Ölkəmizdə informasiya təhlükəsizliyi üzrə elektron xidmətləri işə salınıb

May 02
13:17 2015

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompyuter insidentlərinə qarşı mübarizə Mərkəzi (CERT) “Yoluxmuş IP” xidmətini işə salıb.

“Sələf Xəbər” Trend-ə istinadən məlumat verir ki, bu barədə CERT-dən deyiblər.

Mərkəzdən bildiriblər ki, yeni xidmət yoluxmuş IP ünvanların məlumat bazasında istifadəçiyə IP ünvanını yoxlamaq imkanı verir.

Bu xidmətdən yalnız Azərbaycan istifadəçiləri yararlana bilərlər. IP ünvanın yoluxduğu məlum olarsa, müvafiq xəbərdarlıq avtomatik olaraq ekranda göstərilir. Bildirişdə zərərli kodun aktivliyi barədə ətraflı məlumat əks olunacaq.

CERT-in təqdim etdiyi bəzi xidmətlər (“Şifrlərin onlayn generator”, “Parolun təhlükəsizliyi”, “Mənim IP ünvanım” və yeni “Yoluxmuş IP” kimi) hazırda fəaldır.

CERT informasiya təhlükəsizliyi üzrə daha iki onlayn xidməti – “Malware Lab” və “Virtual test” – işə salmağa hazırlaşır.

Digər xəbərlər

ARXİV

Aprel 2025
M T W T F S S
« Feb    
 123456
78910111213
14151617181920
21222324252627
282930