Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Ölkəmizdə orta ömür hansı yaş hesab edilir?

Aprel 16
15:58 2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Dünya Bankının müvafiq layihəsi çərçivəsində Azərbaycanda demoqrafik vəziyyətlə əlaqədar aparılmış araşdırmanın nəticələri təqdim olunub.

“Sələf Xəbər”in Lent.az-a istinadən məlumatına görə, təqdimat zamanı çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, Azərbaycan, eyni zamanda demoqrafik sabitliyin hökm sürdüyü bir ölkədir. 1994-cü ildən sonra ötən dövrdə Azərbaycan əhalisinin sayı sabit qaydada artaraq cari il martın əvvəlinə 9,6 milyonu ötüb. Əhalinin illik artım tempinin 1,3 faiz təşkil etdiyi Azərbaycan bu göstərici ilə Avropada ilk yeri tutur. Respublikada həmçinin körpə və uşaq ölümü halları müvafiq olaraq 2,3 dəfə və 3,5 dəfə azalıb. Təkcə cari ilin yanvar-fevral ayları ərzində doğulanların sayı ölənlərin sayından 18,5 min nəfər çox olub. Cari ilin ilk iki ayı ərzində ölkədə 27,9 min, yaxud hər gün orta hesabla 473 körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 18,2 təşkil edib”.

Eyni zamanda, ölkədə doğulanda gözlənilən ömür uzunluğunun da 4,6 il artaraq 74,2 yaşa çatdığını qeyd edən nazir ölkədə əhali sakinliyi və demoqrafiya sahəsində siyasətin BMT-nin “Əhali və İnkişaf” üzrə Fəaliyyət Proqramının prinsiplərinə uyğun şəkildə uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ümmətimin orta ömür həddi 60-70 yaş arasıdır. Onlardan çox azı bundan çox yaşayır”. (İbn Hibban, Şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir)
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun), həmçinin buyurmuşdur: “İnsanlardan ən xeyirlisi, uzun ömür yaşayıb xeyir əməllər görəndir. İnsanlardan ən şərlisi, uzun ömür yaşayıb günahlar işləyəndir”. (Tirmizi, Şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930