Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Ölkəmizdə yay-qış vaxtına keçid ləğv edilir

Mart 15
18:16 2016

Bununla bağlı Milli Elmlər Akademiyası da araşdırma aparıb və hazırlanan təkliflər Prezident Adminstrasiyasına təqdim olunub.

Məlum olduğu kimi, Azərbaycan Respublikasında hər ilin mart və oktyabr aylarında yay və qış vaxtlarına keçid praktikası həyata keçirilir.

“Sələf Xəbər” Xəzər Xəbərə istinadən məlumat verir ki, dünyanın coğrafi ərazisi böyük olan ölkələri üçün effektiv olan bu praktikanın respublikamızda tətbiqi məsələsinə yenidən baxılması Azərbaycan Milli Elmlər Akademiyasında zəruri hesab edilib.

Yay və qış vaxtlarına keçidin ləğv olunması dəfələrlə gündəmə gəlib. Amma bunun lehinə və əleyhinə olan insanların müzakirələri nəticəsiz qalıb.

Bununla bağlı Milli Elmlər Akademiyası da araşdırma aparıb və hazırlanan təkliflər Prezident Adminstrasiyasına təqdim olunub.

“Azərbaycan yay vaxtına keçiddən imtina edə bilər. Alimlərin araşdırmaları bu vaxt dəyişiminin ləğvinin məqsədəuyğun olduğunu göstərir. Milli Elmlər akademiyasının Fizika institutunun aparıcı elmi işçisi Kamil Qurbanov qeyd edir ki, əsas məqsədi enerjiyə qənaət etmək olan vaxt dəyişikliyi Azərbaycan kimi enerji sərfiyyatı sabit olan ölkələrə heç nə qazandırmır.

Milli Elmlər Akademiyasının Coğrafiya İnstitunun alimləri də bu keçidin qütbətrafı ölkələr üçün faydalı olduğunu qeyd edirlər. Vaxt dəyişimi coğrafi cəhətdən də, xüsusilə qonşu ölkələrlə problem yaradır.

Elmlər Akademiyası tərəfindən Bütün elmi əsaslandırmalar toplanaraq Prezident Adminstrasiyasına göndərilib.

Xatırladaq ki, təyyarələrin gecikməsi, qəzaların artması səbəbi ilə bir çox ölkələr vaxt dəyişimindən imtina edib. Aparılan araşdırmalar göstərib ki, vaxt dəyişimindən keçən ilk iki həftə ərzində təcili tibbi yardım xidmətinə müraciət edənlərin sayı 12%, bədbəxt hadisələr 29%, miokard infarktından ölüm halları 75% artıb. Hazırda dünyanın sadəcə 78 ölkəsində vaxt dəyişimi tətbiq olunur, 161 ölkədə isə bu təcrübədən imtina edilib.

Sələf Xəbər: Uca Allah buyurur: “O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! (Ağacın kökü yerdə, budaqları göydə olduğu kimi, möminin də imanı qəlbində sabit qalır, əməlləri isə göyə – Allah dərgahına yüksəlib ona daim savab qazandırır)”. (Qurani-Kərim, “İbrahim” surəsi, 25-ci ayə)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930