On ildən sonra pəncərəsiz təyyarələr istehsal ediləcək
958 dəfə baxılıb
“Sələf Xəbər” aawsat.com-a istinadən xəbər verir ki, pəncərəsiz təyyarələr istehsal etmək fikrinə düşmüş İngiltərəli bir şirkət hava nəqliyyatı aləmində böyük bir inqilaba imza atıb.
Bu yenilik təyyarə sərnişinlərinə dünya ətrafında panoramı seçmək imkanı verəcək. Sərnişinlər bu təyyarədə həmçinin internet xidmətlərindən də istifadə edə biləcəklər.
Böyük Britaniya KİV-nin yaydığı məlumatlara görə, pəncərələr nazik və plastikdən olan ekranlarla dəyişdiriləcək və həmin ekranlar təyyarənin xaricində yerləşdirilən kameraların görüntülədiyi təbii mənzərələri əks etdirəcək. Bu ekranların eyni zamanda yüngül olması onları iqtisadi baxımdan sərfəli edir.
İdeyanın müəllifləri bu ixtiranın 10 il ərzində satışa çıxarılacağını güman edir.