Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Onların sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

Aprel 22
17:27 2016

“Uşaqları internetdə yayılan zərərli informasiyalardan qorumaq, onların mənəvi-əxlaqi dəyərlərimizə uyğun informasiyalar almasını təmin etmək bu gün çox mühüm məsələdir”.

“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev “Telekommunikasiya haqqında” qanuna uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı dəyişikliyə münasibət bildirərkən deyib.

M.Quliyev bildirib ki, dünya təcrübəsində də, xüsusən Avropa ölkələrinin təcübəsində bu məsələ var: “Vətəndaş telekommunikasiya operatoru ilə müqavilə bağlayır ki, hansı saytlara giriş məhdudlaşdırılsın, yaxud uşaqlar üçün xüsusi bir proqram hazırlansın ki, ancaq faydalı saytlara giriş mümkün olsun”.

Millət vəkili internet klublarında da uşaqlara xüsusi qaydaların tətbiq edilməsini təklif edir: “Uşaqlara internet klublarda gedib işləməyi qadağan etmək olmaz, çünki uşaqlar internetdən dərs üçün və ya maarifləndirici məlumatlar da götürə bilərlər. Amma onların qarşısında şərt qoymaq olar ki, misal üçün, uşaqlar internet klubda 1, 2 və ya 3 nömrəli kompyuterin qarşısında otura bilər. O kompyuterlərə də xüsusi proqram yüklənə bilər ki, uşaqlar yalnız təhsil, maarifləndirici, mədəniyyətlə bağlı saytlara girsinlər”.

Qeyd edək ki, “Telekommunikasiya haqqında” qanuna təklif edilən maddəyə əsasən, operatorlar və provayderlər abunəçinin müraciəti əsasında uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etməlidir.

Həmçinin qanuna təklif edilən əlavəyə əsasən, abunəçilərə uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün operatorlar və provayderlərdən tədbirlər görülməsini tələb etmək hüququ verilir.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930