Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Orqanizimdə yod çatışmazlığı nələrə yol açır?

Yanvar 05
19:14 2015

Qalxanvari vəzi boyunun ön tərəfində, nəfəs borusunun üstündə yer alan kəpənək şəklində bir orqandır. Çəkisi 18-20 qram olan bu vəz formasına görə kəpənəyə bənzəyir. Bu vəz içilən su və yeyilən qidalarla orqanizmə daxil olan yodu orqanizmin müxtəlif funksiyalarını yerinə yetirməsi üçün lazım olan hormonlara çevirir.

Bunun ifraz etdiyi tiroid hormonlarının ən mühüm vəzifələri orqanizmin enerji istehsalında rol almaq və metabolizmi normaya salmaqdır. Həmçinin, beyin və sinir sistemi başda olmaq üzrə bütün orqanizmin normal böyümə və inkişafı üçün lazımdır.

“Sələf Xəbər” Tabloid.az-a istinadən tiroid vəzlərinin funksiyası və yod çatışmazlığı zamanı yaranan proplemləri təqdim edir:

Qalxanvari vəz gözlə görünən, əllə hiss edilən ölçülərə çatdıqda zob əmələ gəlir. Yaşanılan bölgədəki yod çatışmazlığı zob isə “endemik zob” adlandırılır. Endemik zob dünya miqyasında yaşanan sağlamlıq problemidir. Onun yaranmasının səbəbi yod çatışmazlığı olduğu bildirir.

Uzun müddət kifayət qədər yod qəbul etmədikdə hormonlar az işləməyə başlayır və nəticədə qalxanabənzər vəzi böyüyür.

Bu vəz zəif işləyən insanda üşümə hissi, dəri quruluğu, yorğunluq hissi, yuxuya meyl, qan yağlarının bir qədər yüksəlməsi və zehin bulanıqlığı görülə bilər. Həcmi böyümüş olan qalxanvari vəzi içindən daha çox qan keçirərək hormon quruluşunda ehtiyacı olan yodu əldə etməyə çalışır. Yumşaq konsistensiya və düzgün formalı böyüyən, normal çalışan tiroid xəstəliyi “sadə zob” adlandırılır. Müalicə edilmədiyi illərdə vəzin içində yumrular inkişaf edir və qalxanabənzər vəzin hormon ifrazının azalması və ya çoxalması nəticəsində xəstəliklər ortaya çıxmağa başlayır. Bu vəzin içində yaranan, əllə müayinədə içində dairəvi, hərəkətli proseslər kimi hiss edilən, hətta, kənardan baxanda udqunanda hərəkət etdikləri görülən bu yumrulara düyün adı verilir. Düyünlər həddindən artıq böyüyərək ciddi problemlər yaradır. Düyünlərin 5 faizində isə zamanla tiroid xərçəngi inkişaf edə bilər.

Anadangəlmə və kiçik yaşlardan etibarən yaşanan yod çatışmazlığına bağlı tiroid funksiyasının pozulmasına kretinizm deyilir. Kretinizm nevroloji və fiziki problemlər yaradan narahatlıq olmaqla, uşaqlarda zehni və fiziki gerilik, əzələ əriməsi, karlıq və lallıq şəklində özünü göstərir. Daha yüngül hallarda danışma çətinliyi, çəki almağa meyl və öyrənmə çətinliyinə səbəb olur. Bütün bu problemlər yod çatışmazlığının aradan qaldırılması ilə asanlıqla qarşısı alına bilər. Hamilə anaların kifayət qədər yod almalarını təmin etmək doğulacaq körpələrin qalxanvari vəzinin normal hormon ifraz etməsi və kretinizmin qarşısının alınması baxımından da çox əhəmiyyətlidir.

Yod qəbulu kifayət olmayan uşaqlarda zəka səviyyəsinin 13.5 xal daha aşağı olduğu müəyyən edilib. Həyat boyu davam edən yod çatışmazlığı nəticəsində isə zəka geriliyi, məktəbdə bacarıqsızlıq (10-15%) və böyümə geriliyi kimi xəstəliklər yaranır.

Cəmiyyətdə yod çatışmazlığından yaranan zobun qarşısını almaq üçün bir çox ölkədə olduğu kimi Azərbaycanda da xalqın geniş şəkildə istehlak etdiyi süfrə duzuna yod qatılır.

Ancaq duzda olan yod gün işığında, artıq rütubətdə və yüksək temperaturda buxarlanma yolu ilə azalır. Yod itkisinin qarşısını almaq üçün yodlu duzu tünd rəngli qapaqlı qabda, quru və sərin yerlərdə mühafizə edilməlidir. Bundan başqa, yodlu duz yemək bişirilməzdən əvvəl qatılanda yodun bir qismi buxarlanma ilə yox olur. Duzdakı yoddan tam olaraq istifadə edə bilmək üçün duzun yemək bişəndən sonra əlavə edilməsi tövsiyə olunur.

Yod bir coğrafi ərazidə torpaqda və bulaq sularında azdırsa, o bölgədən əldə edilən qida maddələrində və içməli sularında da azalır. O bölgədə yaşayan və o bölgənin məhsulları ilə qidalanan insanlarda yod çatışmazlığı nəticəsində zob əmələ gəlir. Yod çatışmazlığına bağlı endemik zob xüsusilə dağlıq və dənizdən uzaq bölgələrdə yaşayan insanlarda müşahidə olunur.

Qidalarla alınan yodun çox böyük bir hissəsi 1 saat ərzində bağırsaqlardan sorulur və tiroid hormonlarının quruluşunda istifadə edilir

Yod çatışmazlığına diqqət!

Yod orqanizmdə normal inkişaf üçün vacib olan (hətta çox az miqdarda olsa belə) bir elementdir. Buna görə də orqanizmdə yod çatışmadıqda insan həm zehni, həm də fiziki inkişafdan geri qalır.

Yod əslində orqanizmə qida və su vasitəsilə daxil olur. Normal şəraitdə isə orqanizmdə 15-20 milliqram yod olur.

Yaşla bağlı gündəlik yod qəbulu: yodlaşdırılmış duz

0-12 aylıq – 50 mikroqram (mkr)

1-6 yaş – 90 mikroqram

7-12 yaş – 120 mikroqram

12 yaş və yuxarı – 150 mikroqram

Hamiləlik zamanı 200 mikroqram

Yod qəbulu üçün dünyada ən çox istifadə edilən üsul duzun yodlaşdırılmasıdır.

Aşağıda verilən qidaların yodla zəngin olması çox vacibdir:

Çörəyin yodlaşdırılması, içməli suyun yodlaşdırılması, yod həblərindən istifadə etmək, yodlu yağ kapsullarından istifadə etmək.

 Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur:
“Allah elə bir xəstəlik göndərməyib ki, onun müalicəsini göndərməsin”. (Buxari)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930