Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Orta məktəblərdə dərslər nə zaman başa çatacaq?

Aprel 17
17:49 2015

Azərbaycanın orta məktəblərində dərslərin bitmə və “Son zəng”in tarixləri açıqlandı.

Azərbaycan Təhsil Nazirliyi Bakının bəzi məktəblərində, xüsusilə şəhərin mərkəzi hissəsində yerləşən məktəblərdə tədrisin mayın 31-dən daha tez başa çatacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, nazirlik bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatır.

Lakin 2015-ci ildə may ayının 31-i bazar gününə təsadüf etdiyindən cari tədris ilində 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində dərslər mayın 29-u, 6 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə mayın 30-u başa çatacaq.

Sələf Xəbər: Uca Allah buyurur: “Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin (müqayisəsiz) səxavətə malikdir. O, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi”. (Qurani-Kərim, “Ələq” surəsi, 1-5-ci ayələr)

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031