Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Oturaq həyat tərzi beyni zəiflədir

Mart 09
20:17 2015

Passiv həyat tərzi keçirən adamlar müəyyən müddətdən sonra kəm ağıllılığa meylli olurlar.

Boston universitetinin alimləri oturaq həyat tərzinin beynin fəaliyyətinə necə təsir göstərdiyini araşdırıblar.

“Sələf Xəbər”in Milli.Az-a istinadən məlumatına görə, eksperimentdə 1200 nəfər böyük adam iştirak edib. Mütəxəssislər iştirakçıların həyat tərzlərini 20 il ərzində müşahidə ediblər. Tədqiqatın əvvəlində orta yaşları 41 olan qadınlar və kişilər qaçış xəttində saniyədə 1 metr sürətlə yeriyirdilər. Həmin vaxt onların qan təzyiqləri, ürək ritmləri yoxlanılıb.

Onların 60 yaşları olanda isə beyinləri skan olunub. Bundan əlavə koqnitiv testlərdən də keçiblər. 60 yaşında da qaçış xəttində eyni sürətlə hərəkət edən adamların beyinləri yaxşı işləyib. Az hərəkət edənlər isə koqnitiv testlərin öhdəsindən çətin gəliblər. Az hərəkət edən adamlar qərar qəbul etməkdə də çətinlik çəkiblər.

Hesab olunur ki, ürək ritmi, arterial təzyiq beynin fəaliyyətinə müsbət təsir göstərir. Aktiv həyat tərzi yaşamayan insanların beyinləri də zəifləyir.

Passiv həyat tərzi keçirən adamlar müəyyən müddətdən sonra kəm ağıllılığa meylli olurlar.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır. Qiymətini bildikləri halda onlardan istifadə etməkdən, faydalanmaqdan məhrum qalmışdır. Bu iki mühim nemət- sağlamlıq və boş vaxtdır”. (Buxari, Riqaq, 1, 60; Tirmizi, Zühd, 1; İbn Məcə, Zühd, 15; Əhməd ibn Hənbəl, Müsnəd, I, 344)

Digər xəbərlər

ARXİV

Oktyabr 2024
M T W T F S S
« Feb    
 123456
78910111213
14151617181920
21222324252627
28293031