Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Övlad tərbiyəsində bunları tətbiq etməyin – valideynlərə tövsiyyə

Fevral 24
17:46 2016

Valideynlik asan olmadığı üçün bütün ata və analar tərbiyə prosesində təcrübəsizlik və səbrsizlik üzündən övladlarının tərbiyəsində müəyyən boşluqlara yol verirlər.

“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, uşaqların tərbiyəsində qüsurları və çatışmamazlıları öncədən aradan qaldırmaq üçün valideynlərə aşağıdakı səhvlərə yol verməmək tövsiyyə olunur:
1. Deyinmək. Sizin deyinməyiniz uşağınızın tərbiyyəsinə onun da buna öyrəşməyindən başqa heç bir təsiri yoxdur.
2. Boş hədə-qorxu gəlmək. Əgər uşağınız görsə ki, dediyinizə əməl etmirsiniz sizi ciddiyə almayacaq.
3. Yoldaşınızı önəmsəməmək. Tərbiyyə mövzusunda yoldaşınızla açıq mübahisə uşağı çaşdıra və sizin nüfuzunuzu sarsıda bilər.
4. Sərhədlər təyin etməmək. Əgər siz uşağınıza əvvəlcədən bunun qadağan olduğunu deməmisinizsə, onu evin içində topla oynadığına görə cəzalandırmağa haqqınız yoxdur.
5. Rüşvət. Düzdü, ilk vaxtlar yaxsı təsir göstərir, lakin gələcəkdə uşağınız sizin hər xahişinizə qarşılıq nəsə istəyəcəkdir.
6. Müqayisə etmək. Uşağa deyəndə ki, niyə görə o özünü bacısı kimi aparmır, onda hiss yaranır ki, bacısı ondan daha yaxşıdır.
7. Vurmaq. Tədqiqatlar göstərir ki, döymək uşağı daha aqressiv edir.
8. Sızlamaqlarına təslim olmaq. Dediyinizdə möhkəm dayanmaq gələn dəfə uşağınızın hər hansı bir şey üçün təkrar sızlayıb-ağlamaqlarını azaldır.
9. Pis nümunə olmaq. Uşağınızı yalana üstündə danlamaq istəyirsiniz? Yaxşı, onda uşağınız sizin uydurma xəstəliyiniz ucbatından planınızı dəyişdirdiyinizin şahidi olmasın.
10. Qorxutmaq. Tərbiyə metodu olaraq uşağı müxtəlif əşyalar və insanlarla qorxutmaq gələcəkdə onun ətrafa inamını ciddi sarsıda və onu qorxaq biri kimi yetişdirməyə səbəb olacaqdır.

Sələf Xəbər: Uca Allah buyurur: “And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbrli olmağı məsləhət edənlərdən başqa”. (Qurani-Kərim, “Əsr” surəsi)

“Əsr” – ərəb sözüdür (hərfi mənası “axşamqabağı vaxt”), gündüz və gecənin göstərilməsi üçün istifadə olunur. Bundan irəli gəlir ki, Uca Allah ümumiyyətlə zamana and içmişdir. Zaman – insanların onun ərzində müxtəlif əməlləri etmək imkanına malik olduğu bir ölçüdür. Məhz buna görə Allah xəbər verir ki, insanlar ziyan görür, gəlir və böyük müvəffəqiyyətlərdən məhrum olurlar.

İnsanlar müxtəlif dərəcədə ziyan görür. Bəziləri tam ziyana düşür və həm bu dünyada, həm də axirətdə xeyirdən məhrum olurlar. Belə günahkarlar səadətin cənnət bağçalarına girməyəcək və cəhənnəmə atılacaqlar. Başqaları qismən ziyan görür. Buna görə Allah bildirdi ki, aşağıdakı dörd keyfiyyət verilmiş möminlərdən bütün insanlar ziyan görür.

Birincisi, onlar Allah göndərdiyi hər şeyə inandılar. Lakin biliklər olmadan iman qeyri-mümkündür. Bilik – imanın vacib tərkib hissəsidir, onsuz iman kamil ola bilməz. İkincisi, onlar saleh əməllər edirlər. Bu həm bədən həm də qəlblə yerinə yetirilən, həm Allah, həm də insanlara qarşı vəzifələrə aid olan bütün fərz və nafilə xeyirli əməlləri əhatə edir. Üçüncüsü, onlar insanları haqq imana və saleh əməllərə çağırır və onları xeyirli əməllərin edilməsinə ruhlandırır. Dördüncüsü, onlar insanları Allahın əmrlərini səbirlə yerinə yetirməyə, günahlardan çəkinməyə və Tanrının bəzən acı olan qismətinə mətanətlə qatlaşmağa çağırır. İlk iki göstərişə əməl etdikdə, insan özünü tərbiyə edir, son iki göstərişə əməl etdikdə isə – başqalarını tərbiyə edir. Ancaq bu dörd keyfiyyəti özündə təkmilləşdirdikdə Allah bəndəsi ziyandan qaça və böyük xeyrə nail ola biləcəkdir”.
(Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930