Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Öyrənmək üçün ən yaxşı vaxt, nə zaman?

Yanvar 16
20:47 2015

Ekspertlərə görə, yuxu həyatın ilk illərində gələcək yaşlara görə daha mühüm əhəmiyyət daşıyır. Elm adamlarına görə, uşaqlarda tez qavrama və yaddaşın sirri, uzun yuxudur.

Ən böyüyü 12 aylıq olan 216 körpə üzərində aparılan tədqiqatlar, dərhal arxasından uzun bir yuxu çəkməyən uşaqların öyrəndikləri yeni hərəkətləri xatırlamadığını ortaya çıxartdı.

“Sələf Xəbər” t24.com.tr-yə istinadən bildirir ki, İngiltərədəki Sheffield Universiteti tədqiqatçıları, öyrənmək üçün ən yaxşı zamanın yatmazdan dərhal əvvəl olduğunu bildirərək, yatarkən kitab oxumağın önəminə diqqət çəkiblər. İnsanların həyatlarını ən çox yuxuda keçirdikləri vaxt, uşaqlıq çağlarıdır.

Öyrən, yat, təkrarla

Tədqiqatda altı aydan 12 aya qədər olan uşaqlara üç yeni davranış öyrədilib.

Uşaqların yarısı, öyrəndikdən sonrakı dörd saat içində yatarkən, qalanları ya heç yatırılmayıb, ya da yarım saatdan az yatırılıb.
Ertəsi gün körpələrə öyrədilən hərəkətlər təkrarladılmağa çalışılıb.

Orta hesabla, uşaqların yaxşı bir yuxudan sonra öyrədilən hərəkətlərin yarısını bacardıqları müşahidə edilib.
Aparılan araşdırma nəticələri yatmayan, ya da az yatan körpələrin yeni hərəkətləri xatırlamadığını göstərib.

Sheffield Universitetinin Psixologiya fakültəsinin doktoru Ceyn Herbert, BBC-yə verdiyi açıqlamada “Öyrəndikdən sonra yatanlar, yaxşı öyrənir, yatmayanlar isə heç öyrənmir” – deyib.

Doktor Herbert, tədqiqat nəticələrinin uşaqları yatırarkən kitab oxumağın nə qədər əhəmiyyətli olduğunu göstərdiyini deyib.

Keçən il aparılan bir tədqiqatda yuxuda yaddaş mexanizmi təhlil olunmuş və yatarkən beyin hüceyrələri arasında yaranan yeni bağlantıları ortaya çıxartmışdır. Həyatın başında olduğu qədər, sonuna doğru da yuxu və onun yaddaşdakı rolu araşdırılır.

Xüsusilə də, demans kimi xəstəliklərdə yuxu və yaddaş yanaşı gedir. Yuxunun artmasının yaddaş zəifləməsini ləngitməsinə ümid edilir.

 Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur.” (Qurani-Kərim, “Furqan”, 47-ci ayə)

“Uca Allah Öz xeyirxahlığı və mərhəməti sayəsində gecəni sizin üçün örtü etmişdir. Gecə qaranlığı sizi hər tərəfdən əhatə edir və sizə təhlükəsiz bir yerdə sığınmağa və rahat yuxuya dalmağa imkan verir. Siz yuxuya gedir və gündüzün vurnuxmalarından qurtarıb istirahət edirsiniz və əgər Allah gecəni yaratmasaydı, onda siz tam rahatlıq əldə edə bilməzdiniz. Fasiləsiz çalışmağınızın sizə çoxlu zərər vurmasına baxmayaraq, siz işləməkdə davam edərdiniz. Həm də, əgər gecə həmişəlik davam etsəydi, onda siz dünyəvi və Axirət həyatınız naminə mükəmməl işləyə bilməzdiniz və buna görə də Rəbb sizin üçün gündüzü yaratmışdır. Günün gündüz çağında siz canlanırsınız və yer üzünə yayılaraq Allahın nemətlərini axtarırsınız. Sizdən kimisi ticarətlə məşğul olur, kimisi də uzaq ölkələrə səfərə çıxır, digərləri – müxtəlif peşələrlə və işlərlə məşğul olurlar ki, öz ehtiyaclarını və tələbatlarını ödəyə bilsinlər.” (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930