Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Özəl texniki peşə məktəbləri və liseyləri açılacaq

Dekabr 27
15:22 2014

Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qorusun) tərəfindən təsdiqlənən “Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən ölkədə özəl texniki peşə məktəbləri və liseyləri yaradılacaq.

“Sələf Xəbər”-in Trend-ə istinadən məlumatına görə, Dövlət Proqramında qeyd olunub ki, 2016-2020-ci illərdə sənaye üzrə müxtəlif istiqamətlərdə peşə, ixtisasartırma və ixtisasdəyişmə kurslarının təşkili, tədris plan və proqramlarının hazırlanması və təkmilləşdirilməsi məqsədi ilə Peşə Tədris Mərkəzlərinin yaradılması işi həyata keçirilməlidir.

Eyni zamanda, 2016-cı ildə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Tədris Mərkəzinin fəaliyyətinin təşkili planlaşdırılır.

Dövlət Proqramına əsasən 2016-ci ildə özəl texniki peşə məktəbləri və liseylərinin açılmasının təşviqi ilə bağlı təkliflər hazırlanması və aidiyyəti üzrə təqdim olunması nəzərdə tutulur.

Bundan başqa, yaxın 3 ildə özəl sektorun cəlb edilməsi ilə ali məktəblərdə innovasiya mərkəzlərinin yaradılması planlaşdırılır.

“Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin (müqayisəsiz) səxavətə malikdir. O, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi.”

Qurani-Kərim, “Ələq” surəsi, 1-5-ci ayələr

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930