Paris avtobusları sürücüsüz işləyəcək – Dünyada ilk
1. 198 dəfə baxılıb
Dünyada ilk dəfə olaraq sürücüsüz sərnişin avtobusları istifadəyə verilib.
İlk pilot lahiyə Parisdə 13-cü rayonda istifadəyə verilib. Sürücüsüz avtobuslar hələ ki yalnız Lions və Austerliç dayanacaqları arasında hərəkət edir.
Lahiyənin uğurlu olacağı təqdirdə yeniliyi digər marşrut xətlərində də tətbiqi gözlənilir.
Bu müasir avtobuslar hələ ki birdəfəyə 12 sərnişin götürmə qabiliyyətinə malikdirlər.
Xüsusi kompyuterlərlə təchiz olunmuş avtobuslar maneəni öncədən təyin edərək ondan yayına bilir.
Həmçinin müasir texnalogiya avtobusun sürətini yaranmış vəziyyətlərə uyğun tənzimləmək imkanı verir.
Yenilin ən üstün cəhəti bu avtobusların həftənin bütün günü 24 saat fasiləsiz işləmək imkanı verməsidir.
Qeyd edək ki, yeni avtobuslar bu xüsusiyyətlərinə görə turistlərin də ürəyincə olacaq.
Belə ki, yeni nəsil avtobusların Parisin turistlərinin ən çox üz tutduğu ərazilərdə də tətbiqi gözlənilir.
Təkcə 2016-cı il də Parisə 18 milyon turist səfər edib .
Bu göstərici sayəsində Paris dünyada turistlərin ən çox səfər etdiyi şəhərlər arasında 3-cü yerdə qərarlaşıb.