Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Pasportlarda yenilik ediləcək – VİDEO

Aprel 27
17:21 2017

Elektron imzalar gələn ildən yeni pasportların içərisində quraşdırılacaq.

Selefxeber.az-ın məlumatına görə, “Xezerxeber.az” bildirir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Əli Abdullayev “Azərbaycanda İnnovasiya potensialı” adlı konfransda məlumat verib.

Konfransda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Nurəli Yusifbəyli hibrid elektrik stansiyaların yaradılmasından danışıb. O, bu cür stansiyaların bütün bölgələri, eləcə də sənaye müəssisələrini fasiləsiz elektrik enerjisi ilə təmin edəcəyinə diqqət çəkib.

Konfransdan sonra jurnalistlərin suallarını cavablandıran Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Azərbaycanda “halal” turizm sektorunun yaradılmasından danışıb.

Komitə sədri bununla bağlı standartların artıq hazır olduğunu vurğulayıb.

Beynəlxalq Əqli Mülkiyyət gününə həsr olunan tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov da iştirak ediblər.

🎬

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930