Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“Password” lar tarixə qovuşur!

İyul 12
10:43 2014

BƏƏ-nin “Əl Bəyan” qəzetinin yaydığı xəbərə görə, hal-hazırda məlumatlar toplamaq üçün istifadə edilən müxtəlif elektron bazalarının şifrələri olduqca zəifdir. Şifrələr sındırılaraq istənilən məlumatları oğurlamaq hakerlər üçün olduqca əlçatan bir “əyləncəyə” çevrilib.

Ümumiyyətlə, bütün elektron sistemlərini qorumaq üçün hal-hazırda yalnız gizli şifrələrdən (password) istifadə olunur. Məhz buna görə də mütəxəssislər bu sahəni inkişaf etdirməyi çalışırlar. “A B” elektron portalının bildirdiyinə görə, hazırda 200 milyon kompyuter istifadəçisinin şəxsi hesabı təhlükə ilə üz-üzədir.

Buna görə də gizli şifrə əvəzinə, çıxış yolu olaraq, “maus” və kompyuterin yazı lövhəsindən istifadə olunmağa başlanıb. Bəzi şirkətlər, yeni proqramlarda, ələlxüsus bank və bank hesabları üçün elektron sistemlərdə gizli şifrə əvəzinə mausu hər istifadəçiyə görə tərpətməklə (məsələn, saat istiqaməti hərəkət və ya əks hərəkət) əvəz etməyə başlayıblar. Bununla da kompyuter öz istifadəçisini hərəkətə uyğun tanıyacaqdır.

Bu proqram inkişaf etdikcə, yaxın zamanda gizli şifrələrin (password) tarixə qovuşacağını deməyə əsas verir.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930