Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Pilotsuz uçan aparatları aşkarlayan radar

May 26
15:39 2015

Yaponiyanın təhlükəsizlik sistemlərinin istehsalında ixtisaslaşan “Alsok” şirkəti pilotsuz uçan aparatları aşkarlamaq üçün dünyada ilk radar yaradıb.

“Sələf Xəbər”in Lent.az-a istinadən xəbərinə görə, pilotsuz uçan aparatları kiçik ölçüsü və aşağı səviyyədən uçmasına görə standart vasitələrlə aşkarlamaq qeyri-mümkündür, qurğunun avtonom rejimdə uçuşunda isə idarəetmə pultunda, hətta radiosiqnal olmur.

Yaponiya mütəxəssisləri tərəfindən hazırlanan akustik portativ pilotsuz uçan aparatların aşkarlanması sistemi mühafizə olunan obyektin təhlükəsizliyini artırmaq məqsədi daşıyır. Radarın əsasını uçan kvadrokopterin səsini 150 metrdən tanıyan ötürücülər təşkil edir.

Qeyd olunur ki, aparatın propellərinin səsi ötürücülərin əhatə dairəsinə daxil olan zaman sistem dərhal onu müxtəlif multikopterlərin çıxardığı səslərin nümunələrinin toplandığı məlumat bazası ilə müqayisə edir. Akustik radar pilotsuz uçan aparatın modelini və onun hərəkət istiqamətini dəqiqliklə müəyyənləşdirə bilir. Sistem qurğunun tipini müəyyənləşdirməklə yanaşı, müşahidə kameralarını aktivləşdirir və lazım gəldikdə həyəcan siqnalı verir.

“Alsok” mühəndisləri onların yeni mühafizə sisteminin müxtəlif təşkilatlarda, o cümlədən sənaye müəssisələrində, atom stansiyalarında tətbiq olunacağına ümid edirlər.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930