Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Piylənmə qara ciyəri qocaldır

Oktyabr 17
16:04 2014

“Sələf Xəbər” ntvmsnbc.com saytına istinadən xəbər verir ki, Amerikalı alimlərin apardığı araşdırma nəticəsində piylənmənin qaraciyərin erkən qocalmasına səbəb olduğunu, bu səbəblə piylənmə gedən insanlarda qaraciyər xərçəngi və şəkərli diabetə daha çox rast gəlindiyi aşkarlanıb.

Alimlər insanların orqan, toxuma və hüceyrələrinin bioloji yaşını müəyyən edə bilən bir cihazın köməyi ilə piylənmə və qaraciyərin qocalması arasında əlaqə olduğunu müəyyən edib.

Təqribən 1200 insanın toxumasını tədqiq edən alimlər, toxumalarını istifadə etdikləri araşdırma iştirakçılarının Bədən kütlə İndeksini (BKİ) dəyərləndiriblər.

Bədən Kütlə İndeksi (bədən çəkisinin, boy uzunluğunun kvadratına bölünməsi) artdıqca, qaraciyərin qocalmasının sürətləndiyi nəzərə çarpıb.

Araşdırma normal insanlarda 18-25, piylənməyə məruz qalmış insanlarda isə 30-dan çox olan BKİ-nin hər 10 vahid artması ilə qaraciyərin 3, 3 il qocalmasına yol açdığını müəyyən edib. Araşdırma nəticəsində, sürətli şəkildə çəki itirməklə qaraciyərin yaşlanma müddətinin qısa zamanda əksinə getmədiyi də məlum olub.

Alimlər qaraciyər xərçəngi və şəkərli diabet riskini azaltmaq üçün piylənməyə məruz qalmış insanlarda qaraciyərin qocalmasının qarşısını almağın bir yolu olub-olmadığını araşdıracaq. Araşdırmanın nəticələri “PNAS” jurnalında dərc edilib.

 Sələf Xəbər: Uca Allah buyurur: “Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir.” (Müqəddəs Quran, “Əraf” surəsi, 31-ci ayə).

“Allah insanlara Onun məxluqlarını təmin etdiyi halal və təmiz nemətlərdən yeyib-içməyi əmr edir. Lakin bu zaman həddi aşaraq, orqanizmə zərər verə bilən çoxlu ərzaq sərf etmək və ya çox bahalı və zərif yeməli şeylər, içkilər və paltar almaq və yaxud haram məhsullardan yemək olmaz. Allah israfçı adamları sevmir, çünki israfçılıq Onun qəzəbinə səbəb olur və orqanizmə və insanın rifahına ziyan vurur və bəzi hallarda isə insanı vacib sədəqə vermək imkanından məhrum edir. Bir sözlə, bu gözəl ayə ləzzətli xörəklərdən və içkilərdən istifadə etməyi əmr edir, yemək və içməkdən boyun qaçırmağı qadağan edir və bunların istifadə edilməsində israfçılığı yasaqlayır.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər

ARXİV

Dekabr 2024
M T W T F S S
« Feb    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031