Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Planşetlər bazarında aparıcı istehsalçıların payı azalıb

İyul 30
15:22 2014

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Lenta”ya istinadən yazır ki, planşetlər bazarında aparıcı istehsalçıların payı azalıb.

Əsas istehsalçılar – “Samsung” və “Apple” şirkətlərinin cari ilin ikinci rübündə payı ötən ilin analoji dövrü ilə müqayisədə azalsa da, bazarda hələ də böyük pay sahibidirlər. Belə ki, tədarük edilən planşetlərin 44,1 faizi hər iki istehsalçının payına düşür. Bu barədə “IDC” analitik şirkətinin “Worldwide Quarterly Tablet Tracker” tədqiqatının yekunları üzrə hesabatında deyilir.

2014-cü ilin ikinci rübündə 49,3 milyon planşet tədarük edilib ki, bu da əvvəlki rübdən 1,5 faiz azdır, lakin 2013-cü ilin ikinci rübündən 11 faiz çoxdur. “IDC” analitikləri güman edirlər ki, planşetlərin tədarük həcmi qənaətbəxş səviyyədədir və 2014-cü ildə ötən ilə nisbətən daha çox mobil qurğu tədarük ediləcək.

Planşetlər bazarının liderləri müvafiq olaraq planşetlərin 26,9 və 17,2 faizini tədarük edən “Apple” və “Samsung” şirkətləridir. Hər iki şirkətin payı bir il əvvəldən aşağıdır: ötən ilin ikinci rübündə “Apple” bazarda 33 faiz, “Samsung” 18,8 faiz paya sahib olub. Ümumilikdə isə “Apple”ın tədarükü 9,3 faiz azalıb, “Samsung”un 1,6 faiz artıb.

Pay itkisinə baxmayaraq bazarın digər iştirakçıları ABŞ və Cənubi Koreya istehsalçıları ilə rəqabət apara bilmirlər. Belə ki, sonrakı yerlərdə qərarlaşan “Lenovo”, “Asus” və “Acer” şirkətlərinin tədarük həcmi müvafiq olaraq 4,9, 4,6 və 2,0 faiz təşkil edir.

2014-cü ilin ikinci rübünün yekunları üzrə Çinin “Lenovo” şirkətinin tədarük həcminin xeyli artması (64,7 faiz – 2,4 milyon ədədədək) xüsusi vurğulanır. Aparıcı beşlikdə daha çox itki (36,3 faiz – 1,0 milyon tədarük edilən qurğu) ilə “Acer” şirkəti qarşılaşıb.

Digər xəbərlər

ARXİV

Dekabr 2024
M T W T F S S
« Feb    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031