Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Polis maşınlarında yeni cihaz – nömrəni müəyyən edəcək, sifəti tanıyacaq…

Noyabr 19
18:45 2015

Yeni cihazlar sürət həddini ölçəcək, nömrəni müəyyən edəcək, sifəti tanıyacaq…

Ölkəmizdə polis avtomobillərinə yeni cihazlar quraşdırılacaq. Yeni sistem insan üzünü tanıya biləcək. Beləliklə axtarışda olan şəxslər daha asanlıqla ələ keçiriləcək. Eyni zamanda yeni sistemlə 360 dərəcədə avtomobillərin sürətini ölçmək mümkün olacaq.

Polis avtomobillərində olan sayrışan işıqlar yeni sistemlə işləyəcək. Bu məqsədlə avtomobillərə yeni cihazlar quraşdırılacaq.

“Sələf Xəbər” Xəzər Xəbərə istinadən məlumat verir ki, Türkiyənin Erkin texnoloji şirkəti tərəfindən 400 belə cihazın Azərbaycana satılması haqqında razılıq əldə edilib…

Yeni qurğuların bir sıra üstünlükləri var. Türkiyənin Cənub Şərqi Anadolu və Ege bölgələrindəki 4 şəhərdə polis avtomobilərinin üzərində sayrışan işıqlar yeni sistemlə işləyir.

Yol polisi avtomobilləri ilə yanaşı post patrul xidməti maşınlarına da quraşdırılacaq cihazlar asayişin pozulması hallarında atəşin hansı tərəfdən açıldığını da müəyyən etməyə imkan verəcək.

Azərbaycanda yeni sistemlə avtomobillərin nömrə tanıma və sürət ölçmə mexanızmi daha da təkmilləşəcək və əldə edilən məlumatlar 80 gün avtomatik yaddaşda saxlalacaq. Bu da sonradan yaranabiləcək mübahisələr zamanı dəlil kimi təqdim olunacaq.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Oktyabr 2020
M T W T F S S
« Feb    
 1234
567891011
12131415161718
19202122232425
262728293031