Qafqazda bənzəri olmayan Kür üzərindəki asma körpü
909 dəfə baxılıb
Salyan rayonu Kür çayı üzərində inşa edilən asma körpü ilə Qafqazda bir ilkə imza atılıb.
“Sələf Xəbər” Axar.az-a istinadən bildirir ki, Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun yenidənqurulması layihəsi çərçivəsində yolun Ələt-Masallı hissəsində Kür çayı üzərində yeni körpünün tikintisi işləri yekunlaşıb.
Sürücülər yeni körpüdən sözügedən avtomobil yolu istismara verilərkən istifadə edə biləcəklər.
Layihə çərçivəsində tikinti işləri Ələt-Astara avtomobil yolunun 54.4-55.8 kilometrliyində 1400 metrlik ərazidə aparılıb. 5 aşırımdan ibarət yeni körpünün uzunluğu 362.9 metr, eni isə 29,8 metrdir.
Körpüdə hər birinin eni 3,75 metr olan 4 hərəkət zolağı nəzərdə tutulub. Piyadaların körpüdən rahat və təhlükəsiz şəkildə istifadəsi üçün 1,3 metr enində səkilər də qurulub. Yeni körpü suyun səviyyəsindən 15 metr hündürlükdə inşa edilib.
Körpü 9 ballıq seysmik təsir, A 15 və NK-100 müvəqqəti yük təsirinə hesablanıb.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)