Qanunları pozmadan radarların yerini necə təyin edə bilərsiniz?
2. 059 dəfə baxılıb
Artıq cərimə olunmaq təhlükəsi olmadan yollardakı radarların yerini müəyyənləşdirmək mümkündür.
Selefxeber.az “Xəzər TV”-yə istinadən məlumat verir ki, bunun üçün xüsusi avadanlıq almağa ehtiyac yoxdur.
Antiradar detektorları radarların işinə mane törətdiyi üçün qadağan edilsə də, eyni işi indi mobil telefonlarda proqramlar əvəz edir. Sürücülər bu üsulla həm radarlardan yan keçirlər, həm də cərimələnmirlər.
Bütün yeni model telefonların dəstəklədiyi bu proqram ölkəmizdə də populyarlıq qazanır. Sürücülər istədikləri belə antiradar proqramları öz telefonlarına yükləyə bilərlər. Yüklənməsi və istifadəsi pulsuz olan bu proqramlardan, demək olar ki, əksər sürücülər istifadə edir. Bu üsulla sürücülər 1 km əvvəlcədən radarın olduğundan xəbərdar olurlar.
Bəs buna qanunla icazə verilirmi?
Məsələylə bağlı “Xəzər Xəbər”ə açıqlama verən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov antiradar cihazlarından fərqli olaraq, bu proqramların istifadəsinə heç bir qadağanın olmadığını deyib.
Məlumat üçün qeyd edək ki, avtomobillərdə antiradar cihazlardan istifadə edən sürücülər 800 manat məbləğində cərimə olunurlar.
Sələf Xəbər: Uca Allah buyurur: “Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir.” (əl-Bəqərə surəsi, 195-ci ayə).
Allah təala bizə özümüzü təhlükəyə atmağı qadağan edir. Hər kəsə məlumdur ki, yol nəqliyyat hadisələrinin baş verməsinin başlıca səbəbi sürət həddinin aşılması və yol hərəkət qaydalarını bilməməkdir.
Sələf alimlərinin fətvasına görə yolda müəyyən edilmiş sürət həddini aşan insan buna görə günah daşıyır, ələlxüsus yol qəzası törədərsə mütləq şəkildə haram iş etmiş sayılır. Hətta Şeyx İbn Bəz (Allah ona rəhmət etsin) 120 km saatdan yüksək sürəti özünə qəsd olması barədə fətva vermişdi. Yol hərəkət qaydalarını bilməmək də bir növ özünü təhlükəyə atmaqdır. Ona görə də müsəlman bunu dərk etməli və bu sahədə məsiliyyətini hiss etməlidir.