Qazlı içkilər düşündüyümüzdən də zərərlidir
1. 861 dəfə baxılıb
“Sələf Xəbər” www.dailymail.co.uk saytına istinadən xəbər verir ki, müasir dövrdə biz əvvəlkindən daha çox – orta hesabla hər il 25 qallon (1 qallon- 4,5 litrə bərabərdir) spirtsiz içki içirik.
Bəs, bu bizim sağlamlığımıza necə təsir edir?
Ötən həftə, ABŞ-lı aimlərin həyata keçirdiyi araşdırma nəticəsində tez-tez qazlı içkilər içən qızlarda cinsi yetişkənliyin daha erkən baş verdiyi məlum olub. Və söhbət, sadəcə, şəkərli içkilərdən getmir – içkilərin
pəhriz versiyaları, hətta qazlı içkilər sağlamlığa zərər vura bilər:
1.Qazlı içkilər yaşlanmanı sürətləndirir
ABŞ-lı araşdırmaçıların sözlərinə əsasən, gün ərzində 2 şüşə tam şəkərli kola içən şəxslər, içməyən şəxslərdən daha tez yaşlana bilər. Ötən il, Kaliforniya Universitetinin alimlərinin həyata keçirdiyi araşdırma nəticəsində məlum olub ki, bu insanların DNT-sində onların hüceyrələrinin 4.6 yaş qocalmasına səbəb olan dəyişiklikər baş verir, DNT zəncirlərinin ucunu qoruyan xırda “qapaqları” – telomerləri isə daha qısadır.
Birmingemdə yerləşən Queen Elizabet xəstəxanasının məsləhətçi dermatoloqu Səccad Racpar bildirib: “Telomerlərin uzunluğu hüceyrələrin bərpasına və regenerasiyasına təsir edir və yaşlanma prosesi ilə əlaqələndirilir. Telomerlərin uzunluğunun bu prosesə necə təsir etdiyini öyrənmək üçün çoxsaylı araşdırmalar həyata keçirilməlidir”.
2. Qazlı içkilər şəkərə meyli artırır
Gün ərzində cəmi 2 şüşə şəkərli qazlı içki içmək insanların şirin
dadları bilmə hissini kütləşdirir və onları şəkərə daha da meylləndirir – qazlı içkilərin orqanizmə təsiri barədə araşdırma həyata keçirmiş, Banqor Universitetinin psixoloqu doktor Hans Piter Kubis deyib:
“Çünki şirin dad beyindəki həvəsləndirmə sistemi ilə güclü şəkildə əlaqəlidir, nəticə etibarilə insanların şəkər qəbulunu artırmasına səbəb ola bilər”.
Köpüklər də, sizin daha çox şəkər istəməyinizə səbəb ola bilər. Karbon qazı bizim digər dadlara, məsələn şəkərə reaksiyamızı artıran turşu rolunda çıxış edir. “Şəkərin özü meylliyə qarşı reaksiyaya səbəb olsa
da, içkinin qazının turşuluğu dadın həzzini daha da gücləndirir. Bu, insanların niyə qazlı suyu adi sudan üstün tutduğunun izahı ola bilər”.
3. Qazlı içkilərin içilməsi xərçənglə əlaqələndirilib
Həftədə 3-dən çox şəkərli – qazlı və ya qazsız – içki içən qadınlar sinə xərçəngi riskinə daha çox məruzdur.
Ötən il, Kvebekin Laval Universitetinin əməkdaşı olan araşdırmaçılar üzə çıxarıb ki, qadınlar nə qədər çox şəkərli və qazlı içki içsələr, onların sinələrinin sıxlığı bir o qədər çoxalır – bu isə xərçəng üçün risk amilidir. Bu iki halın bir-birilə necə əlaqəli olduğu aydın deyil və bu sahədə daha çox araşdırmalar həyata keçirilməlidir.
4. Qazlı içkilər sümükləri zədələyə bilər
“Çoxlu miqdarda kola içmək sümüklərinizə mənfi təsir edə bilər”, – deyə ABŞ-lı araşdırmaçılar bildirir. Çünki kolaya bənzər içkilərin tərkibi, adətən, onlara kəskin dad vermək və udduqda boğazı qıcıqlandırması üçün əlavə edilən fosfor turşusundan ibarət olur.
2006-cı ildə, Bostonda yerləşən Tufts Universitetinin qida epidemioloqları üzə çıxarıb ki, gündəlik kola içən qadınların bud nahiyələrində sümük mineral sıxlığı az olub.
Bədən təbii olaraq kalsium və fosforun balanslaşdırılmış səviyyəsini saxlamağa can atır – odur ki, artıq fosfor olduqda, tarazlıq yaratmaq üçün kalsium sümüklərdən buraxılır. Araşdırmaçılar qadınların digər qazlı içkilər içdikdə bu effektin meydana gəldiyini müşahidə etməyiblər. Mümkündür ki, bu təsirə kolanın
tərkibindəki kaffein səbəb olub, çünki kaffein aşağı sümük sıxlığı riski ilə əlaqələndirilib.
Milli Osteoporoz Cəmiyyətindən verilən məlumata əsasən, qazlı içkilərin sümüklərin sağlamlığına zərər verdiyinə dair “açıq-aşkar dəlillər” mövcud olmasa da, qadınların qazlı içki qəbulunu azaltması daha yaxşı olar.
“Digər problem isə odur ki, insanlar qazlı içkiləri kalsiumla zəngin süddən üstün tutur”, – deyərək Mançester Royal xəstəxanasının Osteoporoz üzrə mütəxəssisi doktor Piter Selbi bildirib.
5. Qazlı içkilər köpməyə səbəb olur
Biz qazlı içki içdikdə, qaz – yəni karbon turşusu – mədəni hava ilə dolduraraq havanı qida borusuna (və ya ezofaqusa) itələyən təzyiq əmələ gətirərək gəyirtiyə səbəb olur.
Londonda yerləşən Royal Free xəstəxanasının məsləhətçi qastroenteroloqu Doktor Stiven Menn deyib: “Əgər siz köpdən əziyyət çəkirsinizsə, artıq qaz, vəziyyətinizi daha da pisləşdirəcək. Çünki qaz sadəcə olaraq mədənizə oturacaq. Bu köpüklər tədricən partlayır və qana sorulur”. Qazlı içkilər qıcıqlandırıcı sidik sindromunu, həzm sistemi problemləri ilə əlaqəli olan nasazlığı ağırlaşdıra bilər.
6. Qazlı içkilər dişlərimizə zərər vurur
Şəkər diş emalındakı bakteriyalarla reaksiyaya girir və diş çürüməsinə səbəb olan zərərli turşular əmələ gəlir. Şəkərli meyvə şirələri ağız sağlamlığı üçün xüsusilə təhlükəlidir. Lakin, qazlı içkilər orqaniminizə daha böyük zərər vura bilər. Birmingem Universitetində həyata keçirilmiş araşdırmanın nəticəsi olaraq məlum olub ki, tam şəkərli kola, içilən ilk 3 dəqiqədə dişlərdə meyvə şirələrindən 10 dəfə daha çox çürüməyə səbəb olur. İçkilərə kəskin dad vermək üçün əlavə edilən limon turşusunun buna səbəb olduğu güman edilir.
“Hətta, aşağı şəkər tərkibli pəhriz kolaları dişlər üçün zərərli ola bilər. Buna səbəb pəhriz içkilərinin və şirinləşdirilmiş qazlı içkilərin tərkibindəki limon turşusudur” – Britaniya Dental Assosiasiyasının elmi məsləhətçisi professor Demian Valmsli bildirib.
Qazlı su da dişlərə zərərdir, çünki tərkibində, karbon qazının suda həll edilməsi yolu ilə əmələ gələn karbon turşusu var, bu isə dişlərin emalını çürüdür. London Universitet Kollecinin İstmen Dental İnstitutunun professoru Endryu Eder bildirib: “Hətta, bir şüşə emalın xarici səthini mikroskopik səviyyədə aşındıra bilər və biz turşulu bir şey qəbul etdikdə, ağız normal pH səviyyəsinə qayıtmazdan əvvəl 45 dəqiqə turşulu vəziyyətdə qalır”.
Lakin bu təsirə məruz qalmaq üçün illər boyunca gündəlik olaraq qazlı su içmək lazımdır – həftədə 1-2 stəkandan zərər gəlməz.
7. Qazlı içkilər ciyərinizə “hücum edir”
Yüksək meyvə şirəsi tərkibli qazlı içkilər qaraciyərin piy distrofiyası ilə əlaqələndirilir. 2009-cu ildə İsraildə həyata keçirilmiş araşdırma nəticəsində məlum olub ki, hər gün 2 şüşə qazlı meyvə şirəsi içən insanlarda sirroz və qaraciyər xərçənginin ilkin əlamətlərinin meydana gəlməsi ehtimalı 5 dəfə daha çoxdur. İçkilərin tərkibindəki yüksək meyvə şəkəri qaraciyər tərəfindən asanlıqla sorulur və yağa çevrilir.
Elit qazlı içkilər də adi qazlı içkilərdən daha sağlam deyil. “Action on Sugar” kampaniyasının verdiyi məlumata əsasən, idmançılar üçün nəzərdə tutulmuş içkilərin tərkibində 13 ç.q. şəkər, marketlərdə satılan kolanın tərkibində isə 9 ç.q. şəkər var. Dəlillərin qəti olmasına baxmayaraq, araşdırmaçılar bildirir ki, pəhriz içkiləri də eyni effektə malikdir və onları içdikdə bədənimiz, sanki şəkər qəbul etmişik düşüncəsinə qapılır.
8. Qazlı içkilər uşaqların mədəsinə zərərdir
Sadə kola və ya limonad ağrıyan mədə üçün məşhur çarədir, lakin əslində qazlı içkilər mədəsi ağrıyan uşaqlar üçün zərərli ola bilər. Uşaqlarda mədə nasazlıqlarının müalicə olunmasına dair Səhiyyə Nazirliyi üçün rəsmi qaydalar tərtib etmiş komitəyə sədrlik edən doktor Stefen Mörfi bildirir: “Mədədə baş verən nasazlıqlar mədə və bağırsaqların daxili örtüyünü zədələyir və yüksək şəkər tərkibli içkilər bu vəziyyəti daha da ağırlaşdıra bilər. Ola bilsin ona görə ki, bakteriyalar şəkərlə qidalanır”.
Bu, valideynləri öz uşaqlarına bu cür içkiləri verməməkdən çəkindirib. Uşaqlara tərkibində zəruri miqdarda minerallar və şəkər olan “Dioralit” kimi suların verilməsi daha məqsədəuyğundur. Pəhriz içkiləri mədəniz üçün problem yarada bilər, çünki mədə, şirinləşdiriciləri sormaqda çətinlik çəkə və bu da diareya (ishal) riskini artıra bilər – London Klinikasının məsləhətçi qastroenteroloqu doktor Piter Feyrklof bildirib.
Şərqi İngiltərə Universitetinin Qatroentereologiya üzrə professoru Alester Forbes isə belə deyib: “İnsanlar nə düşünürsə düşünsün, qazlı içkilər, mədənin ağrımasına səbəb olan bakteriyaları məhv etmir”.
9. Qazlı içkilər erkən cinsi yetişkənliyə səbəb ola bilər
Ötən həftə ABŞ alimləri bəyan edib ki, gün ərzində birdən artıq şəkərli içki içmək qızların erkən cinsi yetişkənliyinə səbəb ola bilər. 6000 gənc qızın iştirak etdiyi araşdırmada, Harvard Universitetinin araşdırmaçıları gün ərzində 1.5-dən çox şəkərlə şirinləşdirilmiş içkilər içən qızlarda bu halı üzə çıxarıb.
Əlavə edilmiş şəkərli içkilər qandan qlükozanı təmizləyən hormonun – insulinin səviyyəsini qaldırır bu da öz növbəsində estrogen kimi hormonların yüksək konsentrasiyasına gətirib çıxara bilər. Araşdırmaçılar iddia edir ki, qazlı içkilər, həmçinin, qızları sinə xərçəngi riskinə məruz qoyur, çünki estrogenin erkən üzə çıxması müəyyən xəstəliklər riskini artıra bilər.
Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatında misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta, adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.