Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Qeyri-adi və müalicəvi bulaq – FOTO

Sentyabr 21
17:05 2015

Su və od, bir-birləri ilə əks olan təbiət ünsürləri Ağstafada birləşib.

“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata görə, yerin bir neçə metr dərinliyindən su yana-yana çıxır. Görənləri düşündürən bu maraqlı bulaq Ağstafa rayonunun Poylu qəsəbəsində magistral yolun kənarındadır.

Yerli sakinlər illər öncə burada neft axtarışları zamanı bu müalicəvi, həm də qeyri-adi suyun çıxdığını bildirdilər. Magistral yolda hərəkətdə olan paytaxt və digər rayonların sakinləri ərazidən keçərkən ayaq saxlayıb suyun dadına baxırlar. Yaxınlıqda yaşayanlar isə bu sudan daimi olaraq istifadə etdiklərini deyirlər.

Maraqlısı odur ki, bulağın suyu qışda isti, yayda isə sərin olur. Müalicəvi suyu bir güdən artıq saxlamaq mümkün olmur.
Yerli əhali Allahın bəxş etdiyi bu neməti daha səmərəli istifadə etmək üçün ərazidə müəyyən abadlıq işləri aparılımasını vacib sayırlar.

yanar_bulaq_(2) yanar_bulaq_(3) yanar_bulaq_(4) yanar_bulaq_(5)

Sələf Xəbər: Uca Allah buyurur: “İçdiyiniz suyu gördünüzmü? Onu buluddan siz endirirsiniz, yoxsa Biz endiririk? Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz?” (Qurani-Kərim, “Əl-Vaqiə” surəsi, 68-70-ci ayələr)
“Uca Allah insanlara, yanğılarını söndürdükləri içməli su haqqında düşünməyi təklif edir. Əgər O (Pak və Müqəddəs), istəməsəydi, insanlar özləri heç vaxt suyu içməli edə bilməzdilər. Əgər O (Pak və Müqəddəs), istəməsəydi, buludlardan heç vaxt yararlı yağış suyu yağmazdı. Əgər O (Pak və Müqəddəs), istəməsəydi, yer üzündə böyük və kiçik çaylar axmazdı və yerin təkindən bulaqlar fəvvarə vurmazdı. Əgər Onun mərhəməti olmasaydı, onda insanların ləzzətlə qəbul etdiyi içməli su olmazdı, bütün sular duzlu, acı, faydasız olardı. Yaxşı, bəs siz niyə bu böyük lütfkarlığına görə Uca Allaha şükür etmirsiniz?” (Bax: “Təfsir Əs-Saadi”)
Uca Allah, həmçinin buyurur: “De: “Deyin görüm, əgər suyunuz (yerin dibinə ) çöksə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?” (Qurani-Kərim, “Mülk” surəsi, 30-cu ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930