Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“Qəzzanı bombala” oyunu “Google Play”-dən silindi

Avqust 11
12:20 2014

“Sələfxəbər.az“-ın “İndependent”-ə istinadən yazdığına görə, Android mobil istifadəçilərinə “Qəzzanı bombala” adlı oyunu köçürməyə icazə verdiyi üçün Google şirkəti tənqid atəşinə tutulub.

29 iyulda “Google Play”-ə yerləşdirilən oyunun əsas qaydası “bomba atmaq və mülki vətəndaşları öldürməməkdir”. Oyunun təsviri və bir sıra skrinşotlar göstərir ki, istifadəçilər, üzərində İsrail bayrağı olan təyyarəni idarə etməklə “Həmas” hərbçilərini təmsil edən obrazlara bomba atmalıdır. Oyunun yükləmə sayı 1000 nəfərə çatıb, və yalnız bir nəfər şirkətə tənqid göndərib.

Oyunun yerləşdirildiyi səhifədə şərh yazanlardan biri İqra İqbal bunu iyrənc bir hərəkət adlandırıb: “Bu, insan haqlarının kobud şəkildə pozulmasıdır. Mənim əziz qardaş və bacılarım Qəzzada qətlə yetirilir, bir neçə axmaq nadan isə belə bir oyun hazırlayır”.

Digər istifadəçilər də bu oyunu “ara qızışdıran” və “iyrənc” oyun adlandırıb. Səadət Əli adlı istifadəçi isə öz şərhində hamını səhifənin müvafiq yerində qoyulan işarə vasitəsilə oyunu “Google”-a şikayət etməyə çağırıb.

Twitter istifadəçiləri də oyun haqqında tənqidi fikirlərini paylaşıblar. Elliott Klarkson adlı istifadəçi bunları deyib: “Google Play” şirkəti yüklənən oyunları ələkdən keçirmir. Odur ki, bu cür oyunlar ayaq açır”.

Dünəndən oyun “Google Play”-dən  çıxarılıb.

Qeyd edək ki, bu “Google Play”-də Qəzzanın bombalanmasına dair yerləşdirilən ilk oyun deyil. Bundan əvvəlki “Dəmir Günbəz”, “Qəzzaya hücum: Qırmızı Şifrə” adlı oyunlar istifadəçilərdən güclü silahlarla təchiz olunmuş İsrail Pilotsuz Uçan Aparatını idarə etməklə “regionda təhlükəsizliyi qorumağı” tələb edir. “Google” şirkətinin sözçüsü bununla bağlı bildirib ki, “şirkət müəyyən tətbiqlərə dair şərh vermir, lakin “siyasətimizə zidd olan oyunlar Google Play-dən silinir” .

Xatırladaq ki, iyulun 8-dən başlayan və hazırda davam edən münaqişədə Qəzza zolağında həlak olan fələstinlilərin sayı 1898-ə çatıb, İsrail isə 3 mülki şəxs olan 67 vətəndaşını itirib.

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930