Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Qış fəslində xəstələnməmək üçün

Noyabr 27
17:26 2014

Qış fəslində bu məsləhətlərə əməl etsəniz, Allahın izni ile xəstələnməyəcəksiniz, əhvalınız yüksək olacaq, qara ciyəriniz ağrımayacaq və nəhayət üzünüzdən təravət yağacaq.

“Sələf Xəbər” Milli.Az-a istinadən qış fəslində sağlam qalmaq üçün məsləhətləri təqdim edir:

Qara ciyər üçün
B-8 vitamini müasir insan üçün olduqca vacibdir. Digər adı inozitol olan bu maddə qara ciyəri alkoqolun, dərman vasitələrinin (antibiotik və hormonal vasitələr) zərərli təsirlərindən qoruyur. İnozitol, həmçinin, qara ciyər ətrafında piy qatının yaranmasının qarşısını alır.

Bədəndə inozitol çatışmazlığı qan təzyiqi və həzm pozğunluğuna səbəb olur. Brokkoli kələmi bu maddə ilə zəngindir.

Dəri üçün
B-10 vitamini və ya paraaminobenzoy turşusu insan dərsini ətraf mühitin zərərli təsirlərindən qoruyur. Soyuqdəymələr dövründə bu maddəni qəbul etmək önəmlidir. Maddə bədəni infeksiyaların qarşısını alan qoruyucu zülal interferonun formalaşmasına yardım olur. Qoz, yumurta sarısında bu maddə zəngindir.

Əhvalın yaxşı olması üçün
Qışda küçələr qaranlıq və və soyuq olanda insan əhvalı ciddi səbəb olmadan yüksələ bilmir. İşdə heç bir iş görməyə həvəs olmur. Hər şey olduğu yerdə qalır. Hər şeyin səbəbi B-1 vitamini çatışmazlığıdır. Bu vitamini daima bərpa etmək lazımdır. Noxud, lobya, ispanaq, qarabaşaq yarması, mal əti, yumurta kimi qidalar B-1 vitamini ilə zəngindir.

Zəkanın və bədənin gümrahlığı üçün
Bu vitaminin adını dilə gətirmək çox çətindir – siankobalamin. B-12 adı ilə də məhşurdur. Funksiyası isə sadə və anlaşılandır. Qandakı oksigenin miqdarını artırır, insanı anemiyadan xilas edir. Qışda hava daha çox çirkli olduğu üçün qanda oksigenin miqdarı azalır. Bu, insanın gümrahlığına da mənfi təsir göstərir. Göy soğan, süd məhsulları, ördəyin qara ciyərində bu maddə zəngindir.

 Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır. Qiymətini bildikləri halda onlardan istifadə etməkdən, faydalanmaqdan məhrum qalmışdır. Bu iki mühim nemət- sağlamlıq bə boş vaxtdır.” (Buxari, Riqaq, 1, 60; Tirmizi, Zühd, 1; İbn Məcə, Zühd, 15; Əhməd ibn Hənbəl, Müsnəd, I, 344).

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930