Qışda xəstələnmək istəmirsinizsə, bunu edin
1. 142 dəfə baxılıb
Sağlam həyat tərzinə kompleks yanaşmaq lazımdır. Orqanizmi həm xarici, həm də daxili təhlükələrdən qorumaq gərəkdir.
Qışın şaxtaları sizi xəstələndirməsin deyə “Sələf Xəbər” Milli.Az-a istinadən ev şəraitində hazırlana biləcək faydalı vitamin kokteyli reseptini təqdim edir:
İnqredientlər:
– 1 ədəd alma
– 1 ədəd kök
– 2 ədəd çuğundur
– Zəncəfil şirəsi
– 1 paket C vitamini (askorbin turşusu)
Şirə çəkən maşında bütün inqredietlərin şirəsini çəkirik və qarışdırırıq. Alınan mayeyə bir qədər askorbin turşusu əlavə edirik. Bunu yorğunluğun aradan götürülməsi, taqətsizlikdən xilas olmaq və immuniteti qaldırmaq üçün istifadə edə bilərsiniz.
Kokteylin tərkibindəki çuğundur şirəsi yaddaşı yaxşılaşdırır, damarda qanın daha yaxşı axmasını təmin edir.
Kokteylin hazırlanması cəmi 10 dəqiqə vaxtınızı alacaq. Qiyməti isə 50 qəpikdən çox olmayacaq.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır. Qiymətini bildikləri halda onlardan istifadə etməkdən, faydalanmaqdan məhrum qalmışdır. Bu iki mühim nemət- sağlamlıq və boş vaxtdır.” (Buxari, Riqaq, 1, 60; Tirmizi, Zühd, 1; İbn Məcə, Zühd, 15; Əhməd ibn Hənbəl, Müsnəd, I, 344)